Wednesday, 15.05.2024, 03:05
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » May » 28 » 8 FAKÜLTƏYƏ YENİ DEKANLAR TƏYİN EDİLİB
11:37
8 FAKÜLTƏYƏ YENİ DEKANLAR TƏYİN EDİLİB
8 FAKÜLTƏYƏ YENİ DEKANLAR TƏYİN EDİLİB
Bakı Dövlət Universitetində (BDU) bəzi fakültələrdə boş olan dekan vəzifələrini tutmaq üçün elan edilmiş müsabiqə başa çatıb.

Bu barədə BDU-nun mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.
O bildirib ki, təqdim olunmuş sənədlər BDU Elmi Şurasının 5 aprel 2011-ci il tarixli iclasının qərarını rəhbər tutaraq dekan və kafedra müdiri vəzifələrinə təyinolunmanın şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə yaradılmış komissiya tərəfindən araşdırılıb. 15 nəfərdən ibarət komissiyanın sədri akademik Vasim Məmmədəliyevdir.

Komissiya dekan vəzifəsinə iddiaçılar haqqında fakültənin tərkibində olan bütün kafedralarda iclaslar keçirib, onların rəyi nəzərə alınıb, Müsahibə Komissiyasının üzvləri ayrı-ayrılıqda hər bir namizədlə müsahibə aparıb, iddiaçılarla anket sorğusu keçirilib, onların idarəetmə sahəsində təcrübəsi, peşə hazırlığı, elmi-pedaqoji fəaliyyəti, kollektiv arasında nüfuzu, yüksək mənəvi keyfiyyətləri nəzərə alınıb.

Hər bir iddiaçı barədə araşdırmaların nəticələri sadə səs çoxluğu ilə qiymətləndirilib, onların həmin vəzifəyə təyin olunması haqqında rektorluq qarşısında vəsatət qaldırılıb və müvafiq təqdimat verilib.

Müsabiqəyə BDU-nun 17 fakültəsindən 15-i qatılıb. 7 fakültə üzrə namizədlərin yaş həddi 65-dən yuxarı olduğu üçün həmin fakültələr üzrə Təhsil Nazirliyinin razılığı ilə seçki müvəqqəti olaraq dayandırılıb.

Komissiyanın təqdimatı əsasında və rektorun müvafiq əmrinə əsasən 8 fakültəyə aşağıdakı namizədlər təyin edilib:




Fakültənin adı 

Sənəd verənlərin sayı 

Dekan 

Mexanika-riyaziyyat 

İsgəndərov Nizaməddin Şirin oğlu 

Fizika 

Məmmədov Rasim Qara oğlu 

Kimya 

Əzizov Abdülsəyid Əbdülrəhman oğlu 

Ekologiya və torpaqşünaslıq 

 

Şəmilov Nazim Telman oğlu 

Filologiya 

Vəliyev Məhərrəm Tahir oğlu 

Hüquq 

Əliyev Əmir İbrahim oğlu 

Beynəlxalq hüquq və beynəlxalq münasibətlər 

Həsənalıyev Zeynal Mədət oğlu 

Sosial elmlər və psixologiya 

Əlizadə Hikmət Əbdül 

Views: 543 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024