Wednesday, 15.05.2024, 21:01
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » May » 16 » ABŞ-DA DAŞQIN TƏHLÜKƏSİ YARANIB
09:46
ABŞ-DA DAŞQIN TƏHLÜKƏSİ YARANIB
ABŞ-DA DAŞQIN TƏHLÜKƏSİ YARANIB
İri şəhərlərdə daşqının qarşısını almaq üçün Missisipi çayının bəndləri açılır
ABŞ-da Missisipi çayının daşma təhlükəsi yaranıb. Daşqının qarşısını almaq üçün Amerika hərbçiləri Missisipi çayının şlüzlərini açmağa başlayıblar. Artıq Luiziana ştatında yerləşən Morqanza bəndi açılıb. ABŞ ordusunun mühəndis korpusunun nümayəndələri bəndin nəzarət altında saxlandığını və oradan suyun tədricən boşaldılacağını bildirirlər.

İri şəhərlərdə daşqının qarşısını almaq məqsədilə görülən tədbir bir neçə həftəliyə 8000 kvadrat kilometr ərazini su altında qoysa da, Yeni Orlean, Baton-Ruc kimi iri şəhərlərdə daşqın olmayacaq. Region rəhbərliyi artıq 25 minə yaxın adam üçün müvəqqəti sığınacaq da hazırlayıb. Buraya Morqanza bəndinin açılması ilə əlaqədar öz evini tərk edən sakinlər yerləşdirilir.

Qeyd edək ki, ABŞ-ın mərkəzi hissəsində son 70 ilin ən güclü daşqını leysan yağışların və qar əriməsinin nəticəsidir. Su səviyyəsinin artdığı Missisipi çayının bəndləri isə axırıncı dəfə 1973-cü ildə açılıb.
Views: 520 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024