Wednesday, 15.05.2024, 12:51
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » May » 11 » Azərbaycanda məktəblilər arasında tütündən istifadənin vəziyyətinin araşdırılmasına başlanıb.
10:25
Azərbaycanda məktəblilər arasında tütündən istifadənin vəziyyətinin araşdırılmasına başlanıb.
Azərbaycanda məktəblilər arasında tütündən istifadənin vəziyyətinin araşdırılmasına başlanıb.

Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev bildirib.

Azərbaycanda ilk dəfə keçiriləcək tədqiqat ölkə üzrə 25 məktəbdən 13-15 yaşlı məktəbliləri (8, 9, 10-cu siniflər) əhatə edəcək.

"Təhsil Nazirliyi ilə sorğu keçiriləcək məktəblərin siyahısı təsdiqlənir. Sorğular Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartları əsasında vahid metodologiya üzrə aparılacaq", - mərkəzin şöbə müdiri bildirib.

Musayevin sözlərinə görə, tədqiqatlar mayın 18-dək keçiriləcək, bu ilin iyun ayının sonuna kimi isə onların yekunları açıqlanacaq.

Sorğu anketlərində tütündən istifadənin yayılma dərəcəsi, tütündən istifadədə media və elanların rolu, passiv siqaretçəkməyə başlamanın necə baş verməsi barədə məlumat və siqaretçəkmə ilə bağlı digər suallar var.

Azərbaycanda "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsi hazırlanır.

Azərbaycan 2005-ci ildə Tütün İstehlakının Məhdudlaşdırılmasına dair Konvensiyaya qoşulub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. 2030-cu ilə qədər isə ölənlərin sayının 8 milyondan çox olacağı gözlənilir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırılır.

 

Views: 565 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024