Wednesday, 15.05.2024, 17:50
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » July » 19 » "CENNİFER LOPES MƏŞUQƏM DEYİL!"
19:04
"CENNİFER LOPES MƏŞUQƏM DEYİL!"
"CENNİFER LOPES MƏŞUQƏM DEYİL!"
Məşhur müğənninin məşuqu olduğu iddia edilən model təcavüzdə suçlanır

"Entertaiment"in məlumatına görə, "Kubalı Bredd Pitt" ləqəbiylə tanınan model Uilyam Levi məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopeslə onun arasıda heç bir eşq macərasının olmadığını bəyan edib.

Lopesin son mahnılarından olan "I into You"nun klipində müğənninin tərəf-müqabili olmuş Levinin Lopeslə əri Mark Entoninin boşanmasına səbəb olduğunu deyirlər.
İddialara görə, Meksikadakı "Turtle Beach" çimərliyində klipin çəkilişləri zamanı 41 yaşlı Lopeslə 30 yaşlı Levi arasında çox "məhrəm" əlaqələr olub.

Aprel ayında çəkilişləri aparılmış kliplə bağlı işlər başa çatandan bir ay sonra Uilyam Levi 8 ildən bəri nikahda olduğu arvadı Elizabet Qutyerresi boşayıb.

Cennifer Lopes isə əri Mark Entonidən boşanmağa hazırlaşdığını bəyan edib.

"Klipin çəkilişi zamanı Cennifer Lopeslə aramızda yalnız peşəkar və işgüzar münasibətlər olub Yalnız bunu deyə bilərəm", - Uilyam Levi bildirib.

Dünən isə məlum olub ki, Uilyam Levi yetkinlik yaşına çatmamış qıza təcavüzdə suçlanır.
Məhkəmə iddiasına görə, Levi 2010-cu ilin iyul ayında ABŞ-ın Kaliforniya ştatındakı Qlendeyl şəhərində yerləşən "Hilton" otelinə yeniyetmə qız apararaq, orada qurbanına təcavüz edib.

Bununla yanaşı, həmin qızı zöhrəvi xəstəliyə yoluxduran Levi sonradan cinayətinin ağırlığını anlayıb və qıza susması üçün 950 min dollar təklif edib.

Levi ittihamları rədd edir, qızın özününü otelə getmək və onunla gecə keçirmək istədiyini deyir.

Views: 405 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  July 2011  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024