Wednesday, 15.05.2024, 17:13
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » May » 12 » diqqet
09:22
diqqet
Bakı şəhər yol polisi sürücüləri və piyadaları yollarda hərəkət edərkən diqqətli olmağa çağırır

Respublikada qeydə alınan yol qəzalarının təxminən yarısını piyadaların vurulması təşkil edir. Rəsmi statistikaya görə, bu ilin birinci rübündə qeydə alınan 697 yol qəzasından 306-sı (43,9 faiz) piyadaların vurulması olub. Nəticədə 95 piyada həlak olub, 226-sı yaralanıb. Yol qəzalarından 8-i piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib.

Bakı şəhərində isə yol qəzalarının 58,2 faizini piyadaların vurulması təşkil edib.

Piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə daxili işlər nazirinin müvafiq əmrinə uyğun olaraq, mayın 1-dən 7-dək respublika ərazisində piyadalarla bağlı təhlükəsizlik həftəliyi elan edilib.

Azərbaycanda "Piyadalar, diqqətli olun!" şərti adı altında keçirilən hərəkətin təhlükəsizliyi həftəliyi başa çatıb.

Bakı şəhər Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, həftəlik ərzində Bakıda piyadaların vurulması ilə nəticələnən 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 1 piyada ölüb, 13 nəfəri isə yaralanıb. Tədbir ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 240 piyada inzibati məsuliyyətə cəlb edilib.

Ölüm faktı mayın 7-də Binəqədi rayonu, Cəfər Xəndan küçəsində qeydə alınıb.

Təhlükəsizlik həftəliyi ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlər görülüb, piyadaların yol hərəkəti qaydalarını pozmasının qarşısını almaq məqsədilə reydlər keçirilib, təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlər təşkil edilib.

Views: 465 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024