Thursday, 16.05.2024, 06:32
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » July » 21 » “GOOGLE+” “FACEBOOK”LA MÜBARİZƏ APARA BİLƏCƏKMİ?
14:21
“GOOGLE+” “FACEBOOK”LA MÜBARİZƏ APARA BİLƏCƏKMİ?
"QUQL+” "FEYSBUK”LA MÜBARİZƏ APARA BİLƏCƏKMİ?
Sosial şəbəkələr sırasına "Quql+” (Google+) da qatıldıqdan sonra mütəxəssislər bir məsələ ətrafında fikir mübadiləsi aparırlar

Sosial şəbəkələr sırasına "Quql+” (Google+) da qatıldıqdan sonra mütəxəssislər bir məsələ ətrafında fikir mübadiləsi aparırlar: "Quql+” "Feysbuk”la (Facebook) mübarizə apara biləcəkmi? Yeni şəbəkə "Feysbuk”u taxtdan sala biləcəkmi?
 

 

Sosial şəbəkələr sırasına "Quql+” (Google+) da qatıldıqdan sonra mütəxəssislər bir məsələ ətrafında fikir mübadiləsi aparırlar: "Quql+” "Feysbuk”la (Facebook) mübarizə apara biləcəkmi? Yeni şəbəkə "Feysbuk”u taxtdan sala biləcəkmi?

Məlum olduğu kimi, hazırda sosial şəbəkələr arasında liderlik "Feysbuk”a məxsusdur. Ötən il bu sosial şəbəkədən istifadə edənlərin sayı 500 milyon idisə, indi bu rəqəmin 750 milyona çatdığı və bu şəbəkənin istifadəçilərinin sayının hər saniyə artdığı bildirilir. Belə bir şəraitdə "Quql+”un uğur qazanıb-qazanmayacağı ciddi suallar doğurur.

"Quql+” bir çox məsələlərdə "Feysbuk”u özünə nümunə götürüb. Belə ki, "Quql+” vasitəsilə də interaktiv mesaj göndərmək, ani ünsiyyət qurmaq, şəbəkəyə foto yükləmək və digər işləri görmək mümkündür.

Mütəxəssislərin fikrincə, "Feysbuk”un genişlənməsi və bugünkü vəziyyətə çatması "Quql+”un işini çətinləşdirsə də, yeni sosial şəbəkənin arxasında "Quql” kimi nəhəng firmanın dayanması mübarizənin başabaş gedəcəyini proqnozlaşdırmağa imkan verir.

Digər tərəfdən, "Mayspeys” (Myspace) nümunəsi "Quql+” haqqında optimist olmağa imkan verir. Məlumdur ki, "Mayspeys” bir vaxtlar sosial şəbəkələr siyahısında genişliyinə görə ilk sırada idi. Ancaq "Feysbuk” sonradan ortaya çıxsa da, o, "Mayspeys”i çox-çox geridə qoya bildi. İndi mütəxəssislər "Quql+”un da eyni uğura nail ola biləcəyini real sayırlar.

Təbii ki, bu mübarizədə kimin qalib gələcəyini zaman göstərəcək. Virtual məkanın aktivliyi bir çox hallarda proqnozlaşdırmanı mümkünsüzləşdirir.

Views: 659 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  July 2011  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024