Türkiyə
mətbuatının Türkiyə verdiyi məlumatda bildirilir ki, Fransa polisinin
may ayında şübhəli bir yaxta haqqında məlumat verməsi ilə əlaqədar
ölkələrarası əməliyyat planı hazırlanılıb. "Louise” adlı yaxta
İngiltərədən Hollandiyaya keçməyə hazırlaşarkən polis tərəfindən
saxlanılıb. 20 metr uzunluğunda olan yaxtada olan kokain paketləri altı
gün ərzində çıxarılıb. Kokainin Cənubi Amerikada hazırlanıldığı və
yaxtaya Venesuelada yüklənildiyi ehtimal olunur.
Yaxtada aparılan axtarış zamanı 6 nəfər həbs edilib. Həmçinin yaxtada
100 min avro pul, iki silah və xeyli miqdarda ekstazi aşkarlanıb.