Wednesday, 15.05.2024, 04:48
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » May » 13 » İTALİYADA ETNA VULKANI PÜSKÜRÜB
08:00
İTALİYADA ETNA VULKANI PÜSKÜRÜB

Kül və lava püskürən vulkanda yeni kraterin əmələ gəldiyi bildirilir
İtaliyada Etna vulkanı püskürüb. Vulkan 400 metr yüksəkliyə külli miqdarda lava və kül püskürməyə başlayıb. Vulkan üzərində qara tüstü qatı əmələ gəlib. Tüstü vulkan yaxınlığındakı Kataniya şəhərinə və digər yaşayış məntəqələrinə çatıb.

Etna vulkanı aviasiya üçün təhlükə törədir. Vulkanın oyanması Siciliya adasında yerləşən Kataniya şəhərindəki hava limanının bağlanmasına səbəb olub. Hava limanının kül örtüyündən təmizlənməsi üçün xüsusi maşınlar cəlb olunub.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun mütəxəssisləri Etna vulkanında yeni kraterin əmələ gəldiyini bildirirlər. Onların fikrincə, son zamanlar vulkanın fəallaşması onun daha aktiv fazaya qədəm qoyduğunu göstərir.

Qeyd edək ki, Etna vulkanı bu ilin əvvələrindən artıq 3-cü dəfədir ki, püskürür. Etna, demək olar ki, hər il püskürür, lakin iri püskürmələr təxminən 150 ildə bir dəfə baş verir.
Views: 560 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024