Thursday, 16.05.2024, 05:12
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » May » 11 » israil bayram edir
10:21
israil bayram edir
srail bu gün Müstəqillik Gününü qeyd edir. Ölkənin müstəqillik əldə etməsinin 63-cü ildönümü müxtəlif tədbirlərlə qeyd olunur. İsrail liderləri bir qrup hərbçi ilə bir araya gələrək müharibəyə dair xatirələr yad edib, mahnılar oxuyublar. Qüdsdə verilən ənənəvi Müstəqillik Günü naharı zamanı ölkə prezidenti Şimon Peres "HƏMAS" qruplaşması tərəfindən 2006-cı ildən əsirlikdə saxlanılan yəhudi əsgəri Gilad Şalitin tezliklə azad ediləcəyinə ümid etdiyini bildirib. Şimon Peres həmçinin 1948-ci ildə İsrailin müstəqillik əldə etməsindən danışıb.

Baş nazir Benyamin Netayahu isə İsrail ordusunu mədh edərək onu beynəlxalq terrorla mübarizədə nümunəvi model adlandırıb.

İsraildə Müstəqillik Günü təntənəli şəkildə qeyd edildiyi bir vaxtda, Fələstin eyni münasibətlə bir həftə sonra 1 günlük matəm edəcək. 1948-ci il mayın 14-də Britaniyanın Fələstin üzərində mandatının başa çatması ilə iki illik müharbə başlayıb. Fələstinlilər müstəqil İsrail dövlətinin yaradılması ilə yüz minlərlə fələstinlinin qaçqın olması və bu gün də davam edən Yaxın Şərq münaqişəsinin əsasının qoyulması ilə əlaqədar yəhudi dövlətinin yaradılmasını "əl-Naqba", yəni "fəlakət" adlandırır və yas tuturlar.
Views: 974 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024