Wednesday, 15.05.2024, 04:08
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » May » 22 » kim silah ala biler?
16:21
kim silah ala biler?
AZƏRBAYCANDA KİMLƏR SİLAH ALA BİLMƏZ? 
  Niyəsə həmişə mənə belə gəlib ki, Azərbaycanda gənclər avtomobildən sonra ən çox silaha maraq göstərirlər 

Amma avtomobildən fərqli olaraq, qanun hər kəsin silah əldə etməsinə imkan vermir. Bunun üçün qanunla müəyyən edilmiş şərtlərə əməl olunmalıdır, sənədlər təqdim edilməlidir və s. Məlumat üçün qeyd edək ki, hazırda Bakı şəhərində 12 silah mağazası fəaliyyət göstərir. Silahların qiyməti isə növünə görə dəyişir. Bu yazımızda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatlar əsasında ölkəmizdə kimlərin silah əldə etmək hüququnun olmasından və yaxud bu sahədə qüvvədə olan qadağalardan bəhs edəcəyik.

Mülki silahın əldə edilməsi

Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, Azərbaycanın 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazinin polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Silahın alınmasına xüsusi icazəni əldə etmək üçün vətəndaş bir neçə sənəd təqdim etməlidir. Həmin sənədlərə ərizə (polis orqanından alınmış blank doldurulur), Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında tibbi arayış, 3x4 sm ölçüdə iki ədəd fotoşəkil daxildir.

Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub-olmaması yoxlanılır. Dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilmiş şəxslər barədə isə belə yoxlamalar aparılmır.

Nazirliyin məlumatına görə, mülki silahın əldə edilməsinə xüsusi icazə verilməsi üçün vətəndaşın Ovçular Cəmiyyətinin üzvü olmasına ehtiyac yoxdur. Halbuki 2006-cı ilədək ölkəmizdə Ovçular Cəmiyyətinə üzv olmayanlara silah satışı qadağan idi.

Əcnəbilər də Azərbaycanda silah ala bilərlər

Araşdırmalarımız zamanı öyrəndik ki, əcnəbilər də ölkəmizdə silah ala bilərlər. Bunun üçün onlar vətəndaşlığı təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidirlər. Bu halda onlardan tibbi arayış alınmır və məhkumluğu yoxlanılmır. Lakin əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq, Azərbaycandan çıxarmalıdırlar. Bu tələb pozularsa, silah müsadirə olunur.

Daxili İşlər Nazirliyinin məlumatında mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin etibarlılıq müddətinin 6 ay olduğu vurğulanır. Xüsusi icazədə mülki silahı əldə edən şəxsin soyadı, adı və atasının adı, silahın növü, miqdarı, xüsusi icazənin verilmə tarixi və etibarlılıq müddəti göstərilir. Xüsusi icazənin arxa hissəsində satılan silahın markası, kalibri, nömrəsi barədə müvafiq qeydlər aparılır, imzalanır və möhürlə təsdiqləndikdən sonra vətəndaşa verilir. Ən önəmlisi isə vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə silahın saxlanması və təyinatı üzrə istifadəsi hüququnu təsdiq edən şəhadətnamə verilir.

Onu da qeyd edək ki, odlu ov və ya idman silahının saxlanması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi zamanı ilkin qeydiyyata görə şərti maliyyə vahidinin 10 misli məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb edilir: "Şəhadətnamənin etibarlılıq müddəti 3 ildir. Etibarlılıq müddətinin qurtarmasına 3 ay qalmış onun uzadılması üçün vətəndaşın ərizəsi, silahın saxlanmasına, gəzdirilməsinə, təyinatı üzrə istifadə edilməsinə verilən xüsusi icazə, silahın özü və təkrar qeydiyyata görə şərti maliyyə vahidinin 5 misli məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz təqdim edilməlidir. Ərizə verildiyi gündən 1 ay müddətinə baxılır. Xüsusi icazə 3 il müddətinə uzadılır”.

Dövriyyəsi qadağan edilmiş silahlar...

Daxili İşlər Nazirliyindən onu da bildirdilər ki, Azərbaycan vətəndaşları silahla təltif olunmaları haqqında sənədləri təqdim etdikdə həmin silahın saxlanmasa, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən şəhadətnamə verilir. Bu şəhadətnamə dövlət rüsumu tutulmadan, etibarlılıq müddəti göstərilmədən, "təltif” sözü yazılmaqla verilir. Dövriyyəsi Azərbaycanda qadağan edilmiş silahlar təltif silahı kimi verilə bilməz: "Təltif silahı hərbi təyinatlı olarsa, onun sahibi öldükdə qohumları tərəfindən dərhal polis orqanına ödənişsiz təhvil verilməlidir. Yivli və yivsiz ov silahları isə ölmüş şəxsin qohumları tərəfindən 10 gün müddətində polis orqanına təhvil verilir, silahın qeydiyyatının dəyişdirilməsi və ya qohumların razılığı ilə satışa verilməsi məsələsinə baxılır”.

Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Bu silahları ticarət müəssisələri yalnız 18 yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır.

Kimlər mülki silah ala bilməz?

Bəs hansı hallarda vətəndaşın mülki silah əldə etməsinə xüsusi icazə verilmir? DİN-in məlumatında bildirilir ki, mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla, 7-dən çox odlu ov və ya idman silahı olan, haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi əks-göstərişi olan, ağır cinayətlərə görə, habelə silah və sursatdan və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum edilən vətəndaşların mülki silah əldə etməsinə icazə verilmir.

Həmçinin vətəndaş polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda, yaşayış yeri bilinmədikdə, fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı ilə təsdiq edildikdə və silahla təhlükəsiz davranma qaydalarını bilmədikdə mülki silah əldə etmək hüququndan məhrum edilir.
Views: 786 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 1
1 Neo  
0
zoru ya. bes onlarin fikrince bu silahlari alan shexs, silahi ne ucun alir?)

Name *:
Email *:
Code *:
Block title
Calendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024