Thursday, 16.05.2024, 02:15
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » May » 18 » KLİNTON: "İRAN NÜVƏ DANIŞIQLARINA CİDDİ YANAŞMALIDIR"
10:41
KLİNTON: "İRAN NÜVƏ DANIŞIQLARINA CİDDİ YANAŞMALIDIR"
KLİNTON: "İRAN NÜVƏ DANIŞIQLARINA CİDDİ YANAŞMALIDIR"
ABŞ-ın dövlət katibi AB rəsmisi Ketrin Eştonla görüşündə belə deyib

İran öz nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməli və nüvə danışıqlarına daha ciddi yanaşmalıdır. Bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton ilə görüşündə bəyan edib.

İki lider Vaşinqtonda Yaxın Şərqdə baş verən hadisələri müzakirə etdikdən sonra birgə mətbuat konfransında bu barədə danışıblar. "İran vaxt keçirmə taktikasına son verməli, qəbul edilməz 10 şərtdən əl çəkməli və dünya ictimaiyyətinin problemlərini müzakirə etməyə hazır olduğunu göstərmək məsuliyyəti daşımalıdır" - Hillari Klinton belə deyib.

ABŞ-ın dövlət katibi Suriyadakı vəziyyətlə bağlı ABŞ və Avropa İttifaqının bu ölkə üçün yeni islahatlar planlaşdırdığını və bu yaxınlarda əlavə sanksiyaların tətbiq ediləcəyini də deyib.

Ketrin Eşton isə Suriyada baş verənlərdən dolayı narahatlıq keçirdiyini bildirib. "Suriya hökuməti tutduğu yolu dəyişdirməsə və nümayişçilərə qarşı zorakılığa son verməsə, buna reaksiya olaraq, yeni sanksiyalara təşəbbüs göstərəcəyik." - Avropa Birliyinin rəsmisi belə deyib.

Views: 508 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024