Wednesday, 15.05.2024, 08:47
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » May » 11 » Meksika Mərkəzi Bankı
10:24
Meksika Mərkəzi Bankı
Meksika Mərkəzi Bankı gözlənilmədən fevral və mart ayları ərzində 100 ton qızıl satın alıb.

Meksika Mərkəzi Bankı gözlənilmədən fevral və mart ayları ərzində 100 ton qızıl satın alıb. Bu bir mərkəz bankının son 10 ildə iki ay ərzində həyata keçirdiyi ən böyük satınalma prosesidir. Meksika Mərkəzi Bankının aylıq hesabatında yer alan bu satınalma dolların hakimiyyətindən xilas olmaq üçün atılan sonuncu addım kimi qiymətləndirilir. Belə ki, inkişaf etməkdə olan ölkələr maliyyə ehtiyatlarının çeşidini artırmaq və dolların təsirini azaltmaq üçün qızıl almağa üstünlük verirlər. Məlumat üçün onu da qeyd edək ki, Çin, Rusiya və Hindistan son illər ərzində böyük həcmdə qızıl satın alan ölkələr sırasında yer alıblar. Tailand, Şri-Lanka və Boliviyanın isə daha az miqdarda qızıl əldə etdiyi bildirilir. Həyata keçirilən irihəcmli qızıl alış-verişi qızılın 1 unsiyasının qiymətinin ötən il və bu il rekord səviyyəyə yüksəlməsinə gətirib çıxarıb. Xatırladaq ki, bu həftənin bazar ertəsi günü dünya bazarında qızılın bir unsiyasının qiyməti 1576 dolları ötərək tarixi maksimuma çatıb.

Views: 564 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024