Wednesday, 15.05.2024, 10:38
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » May » 11 » qeddafi yene gundemde
10:25
qeddafi yene gundemde

NATO-nun hava zərbələrinin hədəfi heç də Müəmmər Qəddafi deyil. Alyansın Liviyadakı mandatı mülki vətəndaşların qorunmasından ibarətdir və bu tapşırığın öhdəsindən gəlmək üçün aviazərbələr ayrı-ayrı fiziki şəxslərə deyil, hərbi obyektlərə endirilir. Belə bəyanatla italiyalı briqada generalı Klaudio Qabellini NATO birləşmiş komandalığının Neapoldakı mənzil qərərgahında keçirdiyi mətbuat konfransında çıxış edib. General xüsusilə "Əl-Cəzirə” televiziya kanalının NATO qüvvələrinin Liviya liderinin iqamətgahının yerləşdiyi Tripolinin Bab-əl-Əziziyə məhəlləsinə zərbələr endirməsi ilə bağlı məlumatını şərh edib. Qeyd edək ki, reportajda adıçəkilən ərazidə 5 güclü partlayış baş verdiyi barədə məlumat gedib. İtaliyalı general həmin ərazidə mülki əhaliyə edilən hücumların koordinasiyası üçün istifadə edilən komandanlıq bunkerinin məhv edildiyini bildirib.

"Liviyada NATO-un hədəfi yalnız hərbi obyektlərdir, yəni bizim zərbə endirdiyimiz hədəflərdir. Və ötən gecə Tripolidə də belə oldu. Biz Qəddafi ordusunun komandanlıq bunkerini dağıtdıq. Və yenə demək istəyirəm ki, fakt odur ki, NATO-nun hədəfi fərdlər deyil, bu bizim mandatımız deyil. Bizim mandatımız mülki əhalini Qəddafi qüvvələrinin hücumları və ya hücum qorxusundan qorumaqdır", - deyə NATO-nun sözcüsü bildirib.

Bundan savayı Qabellini ötən alyansın gün aviazərbələri nəticəsində Tripolidə uşaq bağçasının dağıdılması ilə bağlı məlumatı təkzib edib.
Views: 647 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024