Wednesday, 15.05.2024, 04:22
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » May » 13 » silah bahalasib
08:04
silah bahalasib
Son günlər Suriyada etirazçılara qarşı silah işlədilməsi haqda məlumatlar yayılmaqdadır

«mignews»-un məlumatına görə, livanlı silah tacirləri bütün növ silaha tələbatın artdığını bildiriblər. Bunun səbəblərindən biri, əlbəttə, Suriyada baş verənlərdir. Məlum olduğu kimi, Avropa Birliyi bu ölkəyə silah satışına embarqo qoyub.

Beyrutlu silah taciri Əbu Rida deyib: "Bu əsl ağılsızlıqdır. Hər gün əlimdə nə varsa, hamısının satıram. Ehtiyat gətirməyə çatdırmıram. Ən çox tələbat "Kalaşnikov”a, "AK-47”-yədir. Bu, Livanda "Dairə-11” ("Kruq-11”) adı ilə tanınır. Bir həftə ərzində bu silah 400 dollar bahalaşaraq, 1600 dollara çatıb. 2005-ci ildə onu 500 dollarda almaq olardı. "M-16”-ya da tələbat artıb. Amerikanın "M-4” avtomatik tüfəngi qumbaraatanla bir yerdə 15 min dollardır. Yerli əhalinin "bin Laden” adlandırdığı qısaldılmış "Kalaşnikov” isə 3750 dollaradır”.

Livanın şimalındakı dağlarda ələvi və sünnilərindən təcili olaraq, silahlandığı haqda məlumatlar yayılıb.

Söz Livandan düşmüşkən. Tehran hakimiyyətinin havadarlıq etdiyi "Hizbullah”-ın başçısı Şeyx Nəsrullahın mühafizəsi gücləndirilib.

Onun rahatsızlığına səbəb kimi ötən həftə "əl-Qaidə” lideri Üsamə bin-Ladenin öldürülməsi göstərilir. Bəzi xəbərlərə görə, o, Beyrut ətrafında xüsusi qurğularla təchiz edilmiş yeni bunkerindədir.

Views: 471 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024