Wednesday, 15.05.2024, 15:10
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » July » 21 » TƏBİİ FƏLAKƏTLƏR DÜNYA ÖLKƏLƏRİNİ CƏNGİNƏ ALIB
14:22
TƏBİİ FƏLAKƏTLƏR DÜNYA ÖLKƏLƏRİNİ CƏNGİNƏ ALIB
TƏBİİ FƏLAKƏTLƏR DÜNYA ÖLKƏLƏRİNİ CƏNGİNƏ ALIB
Fransada qar, Polşada qasırğa, İspaniyada meşə yanğınları tüğyan edir

Dünya ölkələrində mövsüm üçün anomal hava şəraiti hökm sürür. Fransada Alp dağlarında isə yay üçün nadir hal olan qar yağıb. Gözlənilməz çovğun Tur-de-Frans yarışlarının növbəti mərhələsinin keçirilməsini sual altında qoyub.

İspaniya istidən meydana gəlmiş meşə yanğınları ilə mübarizə aparır. Yanğın yaşayış məntəqələri üçün təhlükə törədir, nəqliyyatın hərəkətində fasilələr yaranıb. Kataloniya bölgəsində tüğyan edən meşə yanğınları və küləyin istiqamətini tez-tez dəyişməsi ilə əlaqədar gah evakuasiya elan olunur, gah da elan geri götürülür.

Polşada isə ildırım çaxması və güclü külək problemlər yaradıb. Sel nəticəsində əkin sahələrini su basıb, külək ağacları aşırıb. Ölkədə qasırğa və dolu proqnozlaşdırılıb.

Təbii fəlakətlər dünyanın ən günəşli ölkələrindən olan Avstraliyadan da yan keçməyib. Sidney şəhərində son iki sutka ərzində aylıq yağıntı norması düşüb. Ölkədə son 20 ildə görülməmiş pis hava şəraiti hökm sürür.

Kanadanın Monreal şəhərində isə leysan yağışlar əsl qeyzer effekti yaradıb. Belə ki, kanalizasiya quyusunun fontan vurması avtomobilini onun üzərində saxlamış sürücü üçün əsl fəlakətə çevrilib. Avtomobil bir neçə dəqiqə su şırnağının üstündə balansı qoruyaraq, yerə çırpılıb və əzilib.

Views: 585 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  July 2011  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024