Wednesday, 15.05.2024, 20:01
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » July » 22 » TƏLƏBƏLƏR GÜZƏŞT KARTLARINDAN İSTİFADƏ EDƏCƏK
15:21
TƏLƏBƏLƏR GÜZƏŞT KARTLARINDAN İSTİFADƏ EDƏCƏK
TƏLƏBƏLƏR GÜZƏŞT KARTLARINDAN İSTİFADƏ EDƏCƏK
Azərbaycanda tələbələrə bir sıra xidmətlərə güzəşt imkanı verəcək güzəşt kartları paylanacaq

Bunu Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev bildirib.

Şöbə müdirinin sözlərinə görə, hazırda "Azərbaycan tələbə kartı"nın hazırlanması üzrə işlər aparılır. Onun sözlərinə görə, kartlar kitabxanalarda, nəqliyyat vasitələrində və digər iaşə obyektlərində tələbələrə güzəştlərin tətbiq olunması üçün nəzərdə tutulur.

Hacıyev güzəşt kartlarının gələn ilə kimi hazırlanacağını qeyd edib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayilov isə Trend-ə bildirib ki, Avropa gənclər kartının (EYCA) tələbələr arasında geniş yayılmasına da başlanacaq.

"Bu vəsiqə Avropa tələbə biletidir və eyni zamanda endirim kartıdır. Vəsiqə 12-30 yaşları arasındakı şəxslərə verilir və bu vəsiqənin istifadəçiləri 41 Avropa ölkəsində 100 mindən çox xüsusi endirim imkanları əldə edirlər", - İsmayılov qeyd edib.

O bildirib ki, Avropa gənclər kartının tətbiqi ilə respublika daxilində və ölkənin xaricində gənclərimizin plastik kartlardan istifadə əmsalı artacaq.

EYCA kartları ümümavropa endirim sisteminə daxil edilib və Avropa Şurası, Avropa İttifaqı, Avropa Şurası Gənclər və İdman İdarəsi, Avropa Gənclər Forumu, Avropa Könüllülər, Avropa Xostellər Assosiasiyası və Avropa Dəmiryolları Assosiasiyası tərəfindən dəstəklənir.

İyulun 7-də qəbul olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında təhsil alan gənclərə sosial dəstəyin artırılması ayrıca bənd kimi göstərilib. Proqrama uyğun olaraq, Gənclər və İdman, Təhsil nazirliklərinə "Azərbaycan tələbə kartı"nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəşt kartları sisteminə qoşulmasına şərait yaradılması tapşırılıb./trend

Views: 493 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  July 2011  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024