Tuesday, 14.05.2024, 06:30
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » July » 28 » TEMPERATUR 44 DƏRƏCƏYƏ ÇATACAQ
14:20
TEMPERATUR 44 DƏRƏCƏYƏ ÇATACAQ
TEMPERATUR 44 DƏRƏCƏYƏ ÇATACAQ
"Anomal istilər qlobal iqlim dəyişmələri ilə əlaqədardır”

"Azərbaycanın coğrafi mövqeyi və iqlimi üçün yayın isti keçməsi səciyyəvidir. Lakin son illər qlobal iqlim dəyişmələri ilə əlaqədar olaraq digər ölkələrdə olduğu kimi, Azərbaycanda da isti günlərin sayı artmaqdadır”. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, son illər anomal isti günlərin sayı artıb: "İsti dalğaların davamiyyəti daha uzunmüddətli olub. Məsələn, ötən illərdə bir ay ərzində 40 dərəcəlik hərarət 2-4 gün olurdusa, indi isə anomal isti günlərin davamiyyəti 4-5 gün çəkir”.

U. Tağıyeva deyib ki, son günlər ərzində Azərbaycanda maksimal temperatur çoxillik norma ilə müqayisədə 5,3 dərəcə yüksəkdir. O, artıq uzun müddətdir, Azərbaycana cənubdan qızmar hava kütlələrinin daxil olması nəticəsində temperaturun gündən-günə yüksəldiyini deyib: "Eyni zamanda yer səthi üzərində hava şəraitini nisbətən alçaq təzyiq sahəsi təyin edir ki, bu da havada, xüsusən də axşam saatlarında durğunluğa səbəb olur. Havada oksigenin miqdarı bir qədər azalır. Bununla yanaşı, nisbi rütubət, xüsusən də axşam saatlarında normadan bir qədər yüksək olur. Həmin bu amillərin vəhdəti insanlarda, xüsusən də meteohəssas insanlarda narahatlıq hissi yaradır”.

U. Tağıyevanın sözlərində görə, ETSN tərəfindən ölkə ərazisində anomal istilərin olacağı haqqında əvvəlcədən aidiyyəti orqanlara xəbərdarlıqlar edilir: "Bu gün aidiyyəti orqanlara növbəti xəbərdarlıqlar edilib. Xəbərdarlıqda göstərilir ki, avqustun 3-dək Azərbaycanda temperatur daha da yüksələcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu 38-40, yarımadanın bəzi ərazilərində və Bakı şəhərinin bəzi yerlərində hətta 42 dərəcəyə çatacaq. Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 38-42 isti olacaq, temperaturun bəzi yerlərdə 44 dərəcəyədək, dağlıq rayonlarda isə 35-38 dərəcəyədək yüksələcəyi gözlənilir. Yaxın günlər ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir”.

U. Tağıyeva bu göstəricinin Azərbaycan ərazisi üçün rekord olmadığını da deyib. Yüzillik metroloji müşahidələrə görə, ölkə ərazisində ən yüksək temperatur 2000-ci ildə qeydə alınıb. Həmin il avqustun əvvəlində Naxçıvan Muxtar Respublikasında havanın temperaturu 46 dərəcə olub.

Views: 546 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  July 2011  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024