Monday, 29.04.2024, 09:59
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2012 » February » 16 » Türkiyə Azərbaycandan viza rejiminin ləğvini gözləyir
19:21
Türkiyə Azərbaycandan viza rejiminin ləğvini gözləyir
Türkiyə Azərbaycandan viza rejiminin ləğvini gözləyir
Zəfər Cağlayan Azərbaycanın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza rejimini ləğv etməsini arzuladıqlarını bildirib.
2/16/2012 8:25:56 AM

Gürcüstan paytaxtında keçirilən üçtərəfli biznes-forumda çıxış edən Türkiyənin iqtisadiyyat naziri Zəfər Cağlayan Azərbaycanın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza rejimini ləğv etməsini arzuladıqlarını bildirib.Nazir deyib ki, bu gün Türkiyə və Gürcüstan iş adamları yalnız kimlik (şəxsiyyət vəsiqəsi) göstərərək sərhədi keçirlər: "Ümid edirik ki, Türkiyədən Azərbaycana gedişlərimiz də beləcə asanlaşacaq”.

Türkiyə Palatalar və Birjalar Birliyinin (Türkiye Odalar ve Borsalar Birliyi – TOBB) prezidenti Rıfat Hisarcıklıoğlu da forumdakı çıxışında bu mövzuda fikirlərini açıqlayıb: "Biz ortaq ticarət həyata keçirmək üçün gediş-gəliş məsələlərini asanlaşdırmalıyıq. Bu gün Türkiyə və Gürcüstan vətəndaşları kimliklə gedib-gəlirlər. Bu, çox gözəl bir hadisədir. Bizdən pasport tələb edən yoxdur. Bu işi biz azəri qardaşlarımızdan da gözləyirik. Qardaş-qardaşın evinə viza ilə gedərmi? Bizə rahatlıqla gedib-gəlmək lazımdır. Zəngin olmağın yolu budur. Dünyaya baxın. Xalqların zənginliyi ticarətdən keçir. Bu məsələni Azərbaycan, Gürcüstan və Türkiyə olaraq həll etməliyik”.

Views: 1035 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  February 2012  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
26272829
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024