Wednesday, 15.05.2024, 19:15
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » May » 14 » Yeraltı təkan 17 prefekturada hiss edilib
12:17
Yeraltı təkan 17 prefekturada hiss edilib
Yeraltı təkan 17 prefekturada hiss edilib

Yaponiyanın şimal-şərqindəki Honsyu adasının şərq sahilində Rixter şkalası üzrə 6.2 bal gücündə zəlzələ olub. Yeraltı təkanın episentri Fukusimadan 93 kilometr cənub-şərqdə yerin 37 kilometr dərinliyində qeydə alınıb. Sahilyanı ərazidə köhnə tikilidə qalan üç balıqçının öldüyü xəbər verilir. Milli meteorologiya agentliyi əvvəlcə sunami təhlükəsi barədə xəbərdarlıq etsə də, bir neçə dəqiqədən sonra bu xəbərdarlıq ləğv edilib. Yaponiyanın 47 prefekturasından 17-də, o cümlədən paytaxt Tokioda yeraltı təkanı hiss edilib.

Bu, bir həftə ərzində 5-ci zəlzələdir. Xatırladaq ki, martın 11-də Yaponiyada 8.9 bal gücündə baş vermiş güclü zəlzələ dağıdıcı sunamiyə səbəb olmuşdu. 15 minədək insan ölmüş, 10 minədək isə itkin düşmüşdü.

Views: 520 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024