Thursday, 16.05.2024, 04:13
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » May » 18 » YÜK MAŞININDA 500-DƏN ÇOX QEYRİ-QANUNİ MİQRANT AŞKARLANDI
10:39
YÜK MAŞININDA 500-DƏN ÇOX QEYRİ-QANUNİ MİQRANT AŞKARLANDI
YÜK MAŞININDA 500-DƏN ÇOX QEYRİ-QANUNİ MİQRANT AŞKARLANDI
Meksika polisinin saxladığı 2 yük maşınında Latın Amerikası və Asiya ölkələrindən olan 513 miqrant aşkarlanıb.

Meksikanın cənubundakı Tustla-Quterres şəhəri yaxınlığında saxlanılan yük maşınındakı miqrantların məqsədi ABŞ-a getmək olub.

Polis maşının yük yerini xüsusi rentgen qurğusu ilə işıqlandırıb və bu zaman gözlənilməz mənzərənin şahidi olub. Miqrantlar bir neçə saat ərzində susuz və hava çatışmazlığı şəraitində maşınların yük yerlərində gəliblər. İçəri çox isti olub. Miqrantlar arasında 32 qadın və 4 uşaq da olub.

İnsan ticarətində şübhəli sayılan 4 nəfər saxlanılıb. Polis bildirib ki, bu, qeyri-insani şəraitdə saxlanılan qeyri-qanuni miqrantların xilas edilməsi ilə bağlı keçirilən ən böyük əməliyyatdır. Hər bir miqrant ABŞ-a keçmək üçün insan ticarətçilərinə 700 dollar ödəyib. Miqrantlar əsasən Qvatemala, Ekvador, Salvador, Çin, Yaponiya, Nepal və Hindistan vətəndaşlarıdır.

Views: 500 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  May 2011  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024