Tuesday, 14.05.2024, 16:57
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » June » 4 » YUMURTA ALARKƏN NƏLƏRƏ DİQQƏT ETMƏLİ?
20:47
YUMURTA ALARKƏN NƏLƏRƏ DİQQƏT ETMƏLİ?
YUMURTA ALARKƏN NƏLƏRƏ DİQQƏT ETMƏLİ?
Keyfiyyətli yumurtanın qabığı təmiz, ləkəsiz və zədələnməmiş olmalıdır

Yumurta alarkən ehtiyatlı olmaq lazımdır. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vətəndaşları xəbərdarlıq edir ki, keyfiyyətsiz yumurtadan zəhərlənmə ilə yanaşı müxtəlif xəstəliklər yarana bilər. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yumurta mağazaya qəbul edilərkən onun baytar həkimi tərəfindən yoxlanılması ilə bağlı sənədləri və sertifikatı tələb olunmalıdır.

Belə ki, kənd yumurtası adı altında satılan, fərdi təsərrüfatlarda toyuq o qədər də çox olmadığından yumurta günlərlə yığılır və lazımı temperaturda saxlanılmadıqda keyfiyyətini itirir.

Yumurta qidalılıq dəyərinə görə yüksək keyfiyyətli və orqanizmdə 97-98% mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində tam dəyərli zulallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr var. Yumurta maddələr mubadiləsinin normal getməsinə müsbət təsir edir, sinir sistemini möhkəmləndirir, infeksion xəstəliklərə qarşı muqaviməti artırır, uşaqları isə raxit xəstəliyindən qoruyur. Orta yaşlı adam fizioloji normaya əsasən ildə 260 ədəd (3 gundə 2 ədəd) yumurta yeməlidir. Yumurta və ondan alınan məhsullar ictimai iaşədə, çörək, unlu qənnadı, kolbasa məmulatları, mayonez və digər yeyinti məhsulları istehsalında istifadə olunur.

Saxlanma müddətinə görə yumurtalar iki növə bölünür: Pəhriz və süfrə yumurtası. Pəhriz yumurtası yumurtlanan gündən etibarən 7 sutka ərzində istehlakçılara çatdırılır. Belə yumurtaların üstundə yumurtlanan tarixi gostərən ştamp vurulur. Yumurtanın ağı qatı və şəffaf olmalı, sarısı isə tam mərkəzdə yerləşməlidir. Sarısının diski görünməməlidir, boşluğun hündürlüyü 4 mm-dən çox olmamalıdır.

Süfrə yumurtasına 43 qramdan az olmayan bütun yumurtalar və 44 qramdan artıq kütlədə olan, lakin 7 sutkadan artıq saxlanılan yumurtalar aiddir.

Uzun müddət saxlanılması nəzərdə tutulmuş yumurtaların yuyulması məsləhət görülmür. Yumurta artıq saxlandıqca, onun içərisindəki hava kamerası da böyüyür. İstehlakçılar yumurtanı günə tutaraq onun təzə və ya köhnə olduğunu müəyyən edə bilərlər.Yumurtanın içərində hava boşluğunun hündürluyü yumurtanın hündürluyünün 1/3 hissəsindən artıq olarsa, bu həmin məhsulun təzə olmadığını göstərir. Yumurtanı aşağı keyfiyyətli hala gətirən digər nöqsanlar yumurtaların sınıq (çatlamış, əzik) olması, lakin axmaması və yumurtanın kənar, lakin tez rədd edilə bilən qoxuya malik olması kimi nöqsanlardan ibarətdir. Sarısı və ağı qismən qarışmış yumurta, kənar qoxusu olan yumurta, qabığının altında səthinin ən çoxu 1/8 hissəsini təşkil edən bir, yaxud bir neçə tünd ləkəli, həmçinin sarısı quruyub, lakin kiflənməmiş, qabığına yapışmış yumurta da aşağı keyfiyyətli yumurta sayılır.

Keyfiyyətli yumurtanın qabığı təmiz, ləkəsiz və zədələnməmiş olmalıdır. Yumurta əsasən qofrələnmiş kartondan hazırlanan qutulara qablaşdırılır. Həmin qutulara yuvaları olan xüsusi kartondan hazırlanmış tabaqcıqlar və ya istehlak taraları qoyulur. Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı, onlardan kənar qoxu gəlməməlidir.

Qablaşdırılmış hər taraya yarlık vurulur. Yarlıkda istehsalçının adı və ünvanı (hüquqi ünvanı), əmtəə nişanı (olduğu təqdirdə), məhsulun adı, növü, qablaşdırılma tarixi (yumurtlanan gün), qidalılıq dəyəri, standartının işarəsi, sertifikatlaşdırılması haqqında məlumat qeyd olunur.

Views: 433 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  June 2011  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024