"Entertaiment"in məlumatına görə, "Kubalı Bredd Pitt" ləqəbiylə tanınan model Uilyam Levi məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopeslə onun arasıda heç bir eşq macərasının olmadığını bəyan edib.
Lopesin son mahnılarından olan "I into You"nun klipində müğənninin tərəf-müqabili olmuş Levinin Lopeslə əri Mark Entoninin boşanmasına səbəb olduğunu deyirlər.
İddialara görə, Meksikadakı "Turtle Beach" çimərliyində klipin
çəkilişləri zamanı 41 yaşlı Lopeslə 30 yaşlı Levi arasında çox "məhrəm"
əlaqələr olub.
Aprel ayında çəkilişləri aparılmış kliplə bağlı işlər başa çatandan bir ay sonra Uilyam Levi 8 ildən bəri nikahda olduğu arvadı Elizabet Qutyerresi boşayıb.
Cennifer Lopes isə əri Mark Entonidən boşanmağa hazırlaşdığını bəyan edib.
"Klipin çəkilişi zamanı Cennifer Lopeslə aramızda yalnız peşəkar və
işgüzar münasibətlər olub Yalnız bunu deyə bilərəm", - Uilyam Levi
bildirib.
Dünən isə məlum olub ki, Uilyam Levi yetkinlik yaşına çatmamış qıza təcavüzdə suçlanır.
Məhkəmə iddiasına görə, Levi 2010-cu ilin iyul ayında ABŞ-ın Kaliforniya
ştatındakı Qlendeyl şəhərində yerləşən "Hilton" otelinə yeniyetmə qız
apararaq, orada qurbanına təcavüz edib.
Bununla yanaşı, həmin qızı zöhrəvi xəstəliyə yoluxduran Levi sonradan
cinayətinin ağırlığını anlayıb və qıza susması üçün 950 min dollar
təklif edib.
Levi ittihamları rədd edir, qızın özününü otelə getmək və onunla gecə keçirmək istədiyini deyir.