Dünyada yaşanan aclıqla bağlı qlobal hesabat təqdim edilib. İngitlərənin "Save The Children” insanlara yardım təşkilatı "2011 Dünya Aclıq İndeksi" hesabatında şokedici nəticələr açıqlayıb. Hesabatda "Aclıqla mübarizəyə baxmayaraq vəziyyət pisdir” deyilir. Bildirilir ki, hər dörd uşaqdan biri kifayət qədər qidalanmır, saatda 300 uşaq aclıqdan ölür. Bu vəziyyətin Afrikada xüsusilə acınacaqlı olduğu vurğulanır.
Təşkilat gələcək 15 ildə yarım milyard uşağın aclıq təhlükəsi ilə üz-üzə olduğunu xəbər verir. Son 20 ildə qlobal aclıq indeksində enmə olsa da, xüsusilə Afrikadakı bəzi ölkələrdə uşaqların qidalanma vəziyyəti 1990-cı illərlə müqayisədə indi daha da pisdir.
Həmin ölkələr arasında Afrikada-Konqo, Burundi, Komoros, Svazilend, Somali və Fildişi Sahili, Asiyada-Şimali Koreyadır. Somalidə 50-100 min arasında insanın aclıqdan öldüyü bildirilir. Bunların böyük əksəriyyəti uşaqlardır.
"Save The Children" xəbərdarlıq edir ki, bu problemə qarşı tədbirlər görülməsə, 2025-ci ilə qədər 450 milyon uşaq aclıqdan öləcək.
ans