|
Main » 2011 » April » 13 » Fransada cadraya gore ilk cerime kesildi
22:44 Fransada cadraya gore ilk cerime kesildi |
Fransada çadra geyiminə görə artıq ilk cərimə kəsilib. ANS PRESS-in Qərb kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Paris yaxınlığında polis tərəfindən 27 yaşlı qadın çadra geyindiyinə görə cərimələnib. Cərimənin məbləği 150 avro və ya 216 dollar təşkil edir. Cərimə olunan şəxs ya cəriməni ödəməli və ya vətəndaşlıq üzrə bir ay ərzində kurs keçməlidir.
Qeyd edək ki, Fransa ilk Avropa ölkəsidir ki, çadra, hicab və bu kimi İslam qadınına məxsus geyimlərə görə cərimə tətbiq edir.
Yeni qanun polisə küçədə fransalı və ya başqa millətdən olan qadını üzü bağlı geyimdə aşkar etdiyi təqdirdə, cərimələmək hüquq verir. Qadını bu geyimdən istifadə etməyə məcbur edən şəxsləri isə 30 min avro cərimə və ya 2 il həbs cəzası gözləyir.
|
Views: 655 |
Added by: SuckeR_PuncH
| Rating: 0.0/0 |
|
Our poll
Statistics
Total online: 1 Guests: 1 Users: 0
|
| | |