Wednesday, 15.05.2024, 02:35
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2012 » February » 16 » “Məhkumların hər zaman mənəvi dəstəyə ehtiyacı var”
19:22
“Məhkumların hər zaman mənəvi dəstəyə ehtiyacı var”
"Məhkumların hər zaman mənəvi dəstəyə ehtiyacı var”
"Məhkumlara nə qədər dəstək olsaq, cəzaçəkmə müəssisələrində xoşagəlməz hadisələrin sayı bir o qədər az olar”
2/16/2012 8:29:09 AM

Bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov ədliyyə naziri yanında İctimai Komitənin üzvlərinin Seçki Komissiyası ilə hesabat görüşündə çıxışında deyib. M. Ələkbərov cəzaçəkmənin ilkin mərhələsində olan məhkumların mənəvi dəstəyə ehtiyacı olduğunu bildirib: "Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri cəzaçəkmə müəssisələrində məhkumlara mənəvi yardım göstərirlər. Bu çox təqdirəlayiq haldır. Bəzən məhkumların yemək qəbulundan imtina etməsinə və intihar etmək istəməsi hallarına rast gəlinir. Məhkumlara nə qədər dəstək olsaq, cəzaçəkmə müəssisələrində xoşagəlməz hadisələrin də sayı bir o qədər az olar”.

Seçki Komissiyasının üzvü, Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə İctimai Komitə ilə sıx əməkdaşlıq etdiklərini deyib.

Qeyd edək ki, bu gün Ədliyyə naziri yanında İctimai Komitənin üzvlərinin Seçki Komissiyası ilə hesabat görüşü keçirilib. Görüşdə İctimai Komitənin illik hesabatı dinlənilib.

Views: 1044 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  February 2012  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
26272829
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024