ABŞ-ın
şərq sahillərinə çatan "Iren” qasırğası Şimali Karolina, Virciniya,
Merilend ştatlarında və Kolumbiya dairəsində bir milyon insanı elektrik
enerjisiz qoyub.
Təbii fəlakətdən ilk zərbə Şimali
Karolinaya dəyib. Orada elektrik məftillərinin qırılması səbəbindən on
minlərlə evin elektrik enerjisi təminatı dayanıb.
Şimali Karolina və Virciniya ştatlarında 4 nəfər qasırğanın qurbanı
olub. Sahilyanı ərazilərdə daşqınlar baş verib, küçələr su altında
qalıb.
Hal-hazırda qasırğa Norfolk şəhərinə yaxınlaşır. Bu şəhərdə ABŞ-ın ən iri hərbi bazası yerləşir.