Suriyada
növbəti cümə günü də qan tökülüb.Avqustun 26-da cümə namazından sonra
ölkənin bir çox şəhərlərində hökumətə qarşı etiraz aksiyaları
keçirilib, prezident Bəşər Əsədin istefası tələb olunub.
Paytaxt Dəməşqin ətrafındakı qəsəbələrdə keçirilən aksiyalarda "Qəddafi
getdi, növbədə sənsən Əsəd!” şüarı səsləndirilib. Türkiyə sərhədləri
yaxınlığındakı İdlib, o cümlədən Humus və Hama şəhərlərində də aksiyalar
keçirilib. Polisin atəş açması nəticəsində ən azı 8 nəfər həyatını
itirib.
Bu arada "Hizbullah” Hərəkatının lideri Şeyx Hasan Nəsrallah Suriya
prezidenti Bəşər Əsədə dəstək verib. "Hizbullah” lideri televiziya ilə
çıxışında deyib ki, Suriya İsrailə qarşı çıxan qrupları dəstəklədiyi
üçün xarici qüvvələr tərəfindən qurban qismində seçilib və məqsəd məzhəb
savaşına yol açmaqla Suriyanı parçalamaqdır.