Thursday, 21.11.2024, 11:42
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » April » 10 » qeddafi edam olunacaq?
21:27
qeddafi edam olunacaq?
Liviyada hələ 50-60 il əvvəl baş verən inqilabi prosesləri bilən və bu ölkənin siyasi vəziyyəti ilə tanış olan insanlar hadisələrin bu cür inkişafını gözləyirdilər. Bunu ANS PRESS-ə açıqlamasında vaxtilə bu ölkədə 5 il APN-in (Aqenstvo Politiceskix Novostey) büro rəhbəri işləyən azərbaycanlı politoloq Rasim Ağayev ANS PRESS-ə müsahibəsində bildirib. 

"Xoşbəxtlikdən mənə orada olmaq nəsib olub. Mən 80-cı illərin sonlarında Liviyada işləmişəm. O zaman Liviyanın siyasi planda işləyib hazırladığı hər şey (Məhz Liviya Ərəb Şərqinin Fələstin hərəkatını dəstəkləyən aparıcı ölkələrindən biri olub) Sovet İttifaqının dəstəyinə arxalanırdı. Bunun sayəsində çox qəliz adam olan Liviya lideri, diktator tensiyaları hamıya məlum olan polkovnik Müəmmar Qəddafiyə necəsə təsir etmək mümkün olurdu. Lakin SSRİ-nin dağılmasından sonra hər şey dəyişdi, Qəddafi birmənalı qaydada amerikalılarla əlbir oldu, Amerika tərəfə çevrildi və müvəffəqiyyətlə 20 ildən artıq postunda qaldı, lakin yeni keyfiyyətdə. Avropa İttifaqı və Amerika ona dayaq oldu, Liviya onlarla öz enerji və neft-qaz resursları sayəsində ümumi dil tapa bilirdi”, - deyə politoloq qeyd edib. 

Onun sözlərinə görə, bununla belə, prezident olduğu müddət ərzində Qəddafi istənilən etiraz səsini, təşəbbüsü boğmaqla məşğul olub. Politoloqun bildirdiyinə görə, ölkədə Qəddafinin rəhbərliyi altında 1969-cu il Liviya inqilabını qəbul etməyən ziyalı təbəqəsi var idi. 

"Mən orada işlədiyim 5 il müddətində 2-3 dəfə müxalifətin tutulan nümayəndələrinin camaatın gözü qarşısında necə edam edildiyinin şahidi olmuşam. Müxalifət qüvvələri ilə qarşıdurmalar başlayandan bu yana artıq beynəlxalq dəstəyə arxalanan yeni nəsil formalaşıb. Mən hər şeyin belə olacağını güman edirdim. Onun oğulları özbaşına, olduqca radikal adamlardır, onun bütün nəsli silahlıdır və ciddi maliyyə vəsaitlərinə malikdirlər, lakin qüvvələr nisbəti artıq bərabərləşib və tədricən üstünlük vətəndaşların etiraz edən hissəsinin tərəfində olacaq. Güman edirəm ki, Qəddafinin sonu çatıb. Çünki ABŞ-a dayanan inqilab texnologiyasının özü də müxalifətə, sosial, siyasi və söz azadlığı problemlərindən narazı vətəndaşlara güc tətbiqinin neytrallaşdırılmasını nəzərdə tutur”, - deyə Rasim Ağayev bildirib.

Politoloq Misirin devrilmiş prezidenti Hüsnü Mübarəklə müqayisədə Müəmmar Qəddafini daha acınacaqlı aqibətin gözlədiyini düşünür. Onun sözlərinə görə, əgər xalqın müqaviməti belə davam edərsə, o sadəcə yatağında edam oluna bilər:

"Onun səhrada bir neçə bunkeri var və mən hətta Amerika aviasiyasının Qəddafinin iqamətgahını necə bombaladığını xatırlayıram, lakin Qəddafi o zaman sağ qaldı. Ona qarşı bir neçə dəfə sui-qəsd olub və hazırki şəraitdə ona qarşı hər bir tərəfdən atəş açıla bilər. Yəni bu müxalifət tərəfdən olmaya da bilər. Hər yandan təhlükə var”.
Views: 626 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  April 2011  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 2
Guests: 2
Users: 0

Copyright MyCorp © 2024