|
Main » 2011 » April » 14 » yemen diktatoru istehfa vermeye hazir oldugunu deyib
10:55 yemen diktatoru istehfa vermeye hazir oldugunu deyib |
Yəmən prezidenti Əli Abdulla Saleh Fars Körfəzi ölkələrinin hakimiyyəti vitse-prezidentə təhvil verməklə bağlı təklifini qəbul edib. Yəmən prezidentinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Fars Körfəzi Ölkələri Şurası həmçinin müxalifət nümayəndəsinin sədrliyi ilə milli birlik hökumətinin formalaşdırılmasını təklif edib. Səudiyyə Ərəbistanının xarici işlər nazirliyi isə Yəməndəki bütün fraksiyaların nümayəndələrini yeni hökumətin formalaşdırılmasına dair danışıqlara çağırıb.
Anti-hökumət nümayişçiləri isə planı rədd ediblər. «Rejim və müxalifət arasında danışıqlarla razılaşdırılmış hər hansı həll yolu bizi maraqlandırmır. Bu, bizim mövcud rejim və onun nümayəndələrinin istefası ilə bağlı əsas tələbimizə cavab vermir.» -«Gənclər Dəyişiklik Naminə» koalisiyasının fəalları bunu bəyan edib.
Minlərlə rejim əleyhdarı isə bu gün yenidən Səna Universiteti yaxınlığında etiraz aksiyası keçirib. Onlar prezidentin istefası və onun məhkəməyə çıxarılmasına çağıran şüarlar səsləndiriblər. Qırmızı Dəniz sahilindəki Hudayda şəhərində də nümayişçilər eyni tələbləri səsləndiriblər.
Bu arada yerli mənbələrin yaydığı məlumata görə yanvarın sonlarında başlayan anti-hökumət nümayişlərində ölənlərin sayı 300-ü keçib (anspress).
|
Views: 583 |
Added by: SuckeR_PuncH
| Rating: 0.0/0 |
|
Our poll
Statistics
Total online: 1 Guests: 1 Users: 0
|
| | |