Tuesday, 14.05.2024, 01:02
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » April » 3 » qezzafi
09:49
qezzafi
NATO isə əməliyyatlara daha 16 ölkəni qoşdu

Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı mübarizə davam edir. Üsyançılar üç gün əvvəl itirdikləri Breqa liman şəhərini geri almaq üçün dünən əks-hücuma keçiblər. "Reuters” agentliyinin yaydığı məlumata görə, Əcdəbiyyədə olan üsyançılar bu dəfə daha yaxşı təşkilatlanaraq, vahid komandanlıq altında Breqa şəhərinə doğru hərəkət ediblər. Üsyançılara peşəkar zabitlərin başçılıq etdiyi bildirilir. Döyüşlər şəhər ətrafında dünən gecə saatlarına qədər davam edib.

Əcdəbiyyə şəhərinin çıxışında blok-postlar qoyulub. Cəbhəyə yalnız yaxşı silahlanmış şəxslər buraxılıb. Ov tüfəngi və baltalarla döyüşə getmək istəyənlər geri qaytarılıb. Indiyə qədər üsyançıların qüvvələri zəif silahlanmış və təlim görməmiş başıpozuq dəstələrdən ibarət olub.

Üsyançılar atəşkəs şərtlərini açıqladı

Bu arada dünən günün ikinci yarısında Liviya müxalifəti atəşkəs üçün şərtlərini açıqlayıb. Müxalifətin Benqazidə formalaşdırdığı Milli Keçid Şurasının rəhbəri Mustafa Abdel Cəlil atəşkəsə hazır olduqlarını bəyan edib. Cəlil atəşkəs üçün bir neçə şərt irəli sürüb. O bildirib ki, hökumət qüvvələri Liviyanın qərbindəki şəhərlərdən çıxmalı, həmin şəhərlərin əhalisinin öz mövqelərini sərbəst şəkildə ifadə etməsinə şərait yaradılmalı və əcnəbi muzdlular ölkəni tərk etməlidir.
Bununla yanaşı, Cəlil onu da bildirib ki, hərbi əməliyyatlar davam edəcəyi təqdirdə, müxalifətə hökumət qüvvələrilə bərabər imkanlarla döyüşmək üçün əlavə silah lazım olacaq.

Diktator yaxınlarını Londona aman diləmək üçün göndərdi

Qəzzafi rejiminin təmsilçiləri Britaniya hökumətilə gizli danışıqlar aparmaq üçün Londona yollanıb. "The Guardian” qəzetinin yazdığına görə, Liviya diktatorunun oğlu Seyfülislamın yaxın adamlarından olan Məhəmməd Ismayıl Londona göndərilib. Qəzet bildirib ki, danışıqları aparanlar Qəzzafinin oğullarıdır və onlar ölkədə radikal dəyişikliyə yol verməmək üçün öz atalarını da oyundankənar vəziyyətə salmaq istəyirlər.

Londonda ərəbcə yayımlanan "Əl Şərq Əvsat” qəzeti də Qəzzafi ailəsinə yaxın adamların ingilis rəsmilərlə gizli danışıqlar apardığı xəbərini yayıb. Təmsilçilər, danışıqlar zamanı, postunu buraxmaq istəməyən Liviya diktatorunun Ingiltərə kraliçası ikinci Yelizaveta kimi, tamamilə simvolik bir statusda saxlanılması təklifini irəli sürüblər.
"Əl Şərq Əvsat” qəzetinin iddiasına görə, Qəzzafi təmsilçiləri diktatorun, Liviya rəhbəri postuna oğullarından biri Mütəssim Qəzzafinin gətirilməsi təklifini Ingiltərə rəsmilərinin diqqətinə çatdırıblar. Qəzetə danışan ABŞ rəsmisinin sözlərinə görə, Liviya diktatorunun təklifləri Barak Obama administrasiyası və digər Qərb ölkələri tərəfindən nəzərdən keçirilir.

Daha 16 ölkə antiQəzzafi koalisiyasına qoşuldu

Qəzzafi rejiminə qarşı beynəlxalq hərbi koalisiyanın tərkibi genişlənib. Ötən gün Hollandiya hökuməti də Hərbi Hava Qüvvələrinin Liviya hava məkanında uçuşların qadağan olunması rejimini tətbiq edən koalisiyanın əməliyyatlarında iştirak edəcəyini açıqlayıb.

Əməliyyatlara komandanlığı əlinə alan NATO-ya üzv 28 ölkənin 16-sı Qəzzafi rejiminə qarşı mübarizə koalisiyasına qoşulub. Təşkilatdan yayılan açıqlamada bildirilir ki, Albaniya, Xorvatiya, Çexiya, Almaniya, Estoniya, Litva, Latviya, Lüksemburq, Polşa, Portuqaliya, Slovakiya və Sloveniyanın isə əməliyyatlara qatılmaq fikri yoxdur.
Isveç parlamenti də öz növbəsində Liviyada əməliyyatlara dəstək məqsədilə koalisiya qüvvələrinin ixtiyarına hərbi təyyarələrin verilməsi layihəsini təsdiqləyib. Isveç Hərbi Hava Qüvvələrinə aid qırıcılar Qəzzafi rejiminə bağlı silahlıların hədəflərini bombalamasa da, zəruri hallarda, yəni hücuma məruz qaldıqları zaman cavab atəşi açacaqlar.

Views: 574 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  April 2011  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024