Wednesday, 15.05.2024, 12:48
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » April » 10
Yəmənin bir neçə şəhərində prezident Əli Abdulla Salehinin istefası tələbi ilə kütləvi aksiyalar keçirilib. Lent.az-ın "mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu gecə saat 02:00 radələrində Xudiyda şəhərində Prezident Sarayına doğru başlayan yürüş zamanı təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı 409 nəfər yaralanıb. 

Aksiya iştirakçıları bazar günü polisin açdığı atəş zamanı 2 nəfərin öldürülməsinə etiraz ediblər. 
Qeyd edək ki, bazar günü Taiz şəhərində prezident Əli Abdulla Salehinin istefası tələbi ilə keçirilən aksiya zamanı 1200 nəfər xəsarət alıb, 2 nəfər isə ölüb. Yəmən polisi aksiyaçılara odlu silahdan atəş açıb.

Bu arada "Nyu-York Times” qəzeti ABŞ-ın Yəmən prezidentinə dəstəyi dayandırmaq qərarına gəldiyi barədə məlumat yayıb. Barak Obama administrasiyası belə qənaətə gəlib ki, Əli Abdulla Salehi müxalifətin və aksiyaçıların tələb etdiyi islahatları həyata keçirməyə qadir deyil. ABŞ indiyə qədər Əli Abdulla Salehini Yəməndə əl-Qaidə terror tə ... Read more »
Views: 524 | Added by: SuckeR_PuncH | Date: 10.04.2011 | Comments (1)

Liviyada hələ 50-60 il əvvəl baş verən inqilabi prosesləri bilən və bu ölkənin siyasi vəziyyəti ilə tanış olan insanlar hadisələrin bu cür inkişafını gözləyirdilər. Bunu ANS PRESS-ə açıqlamasında vaxtilə bu ölkədə 5 il APN-in (Aqenstvo Politiceskix Novostey) büro rəhbəri işləyən azərbaycanlı politoloq Rasim Ağayev ANS PRESS-ə müsahibəsində bildirib. 

"Xoşbəxtlikdən mənə orada olmaq nəsib olub. Mən 80-cı illərin sonlarında Liviyada işləmişəm. O zaman Liviyanın siyasi planda işləyib hazırladığı hər şey (Məhz Liviya Ərəb Şərqinin Fələstin hərəkatını dəstəkləyən aparıcı ölkələrindən biri olub) Sovet İttifaqının dəstəyinə arxalanırdı. Bunun sayəsində çox qəliz adam olan Liviya lideri, diktator tensiyaları hamıya məlum olan polkovnik Müəmmar Qəddafiyə necəsə təsir etmək mümkün olurdu. Lakin SSRİ-nin dağılmasından sonra hər şey dəyişdi, Qəddafi birmənalı qaydada amerikalılarla əlbir oldu, Amerika tərəfə çevrildi və müvəffəqiyyətlə 20 ildən artıq postunda qaldı, lakin yeni keyfiyyətdə. ... Read more »
Views: 590 | Added by: SuckeR_PuncH | Date: 10.04.2011 | Comments (0)

Bu gecə Amerika hökuməti bağlana bilər 


Prezident Barak Obama 
08.04.2011 
Elxan Nəsibli

Respublikaçılarla demokratlar büdcədə razılığa gələ bilməsələr, cümə günündən şənbə gününə keçən gecə Amerika hökuməti bağlana bilər. 

Amerika siyasətində "hökumətin bağlanması” tamamilə rəsmi anlayışdır və o deməkdir ki, büdcə qeyri-müəyyən olduğuna görə, yalnız zəruri xidmət göstərən hökumət qurumları işləyə bilər.

Zəruri olmayan xidmət göstərən hökumət qurumları və işçiləri isə işini dayandırır. 

Bu isə o deməkdir ki, 2 milyon hökumət işçisindən 800 min nəfəri işdən kənarda qalır. 

Ağ Evin büdcə və İdarəçilik ofisinin rəhbəri Jeff Zients Accosiated Pressə deyib ki, "milli parklar bağlanacaq, Milli Sağlamlıq İnstitutunun Klinik Mərkəzi yeni xəstələr qəbul etməyəcək.”

İşini davam etdirən xidmətlər - ordu, polis, nəqliyyat, təcili yardım kimi sahələrdir, ancaq Zients deyir ki, hətta "ordunun əsgər və zabitləri maaşlarını tam almayacaqlar” ... Read more »
Views: 573 | Added by: SuckeR_PuncH | Date: 10.04.2011 | Comments (0)

Təkcə dünən Suriyada 22 nümayişçi öldürülüb 
09.04.2011

Suriyanın Deraa şəhərində öldürülmüş aksiyaçılarla vida mərasimi keçirilib.

Dünən Deraa və ətraf kəndlərdə polislə toqquşmalarda azı 22 adam ölüb.

Nümayişçilər prezident Bashar al Asadın istefasını tələb ediblər.
Views: 590 | Added by: SuckeR_PuncH | Date: 10.04.2011 | Comments (0)

Müəmmər Qəddafi: Son damla qanıma qədər döyüşəcəm 


Qəddafi dövlət televiziyasında çıxış edir. 22 fevral 2011
YENİLƏNİB: 22.02.2011 23:47 
Rövşən Qənbərov
Dövlət televiziyası ilə yayınlanan uzun çıxışında Liviya lideri Müəmmər Qəddafi ölkəni tərk etmədiyini, istefa verməyəcəyini, son damla qanına qədər döyüşəcəyini, şəhid olacağını deyib. 

Qışqıra-qışqıra, hədə-qorxu ilə danışan Qəddafi ölkədəki üsyana görə Qərb dövlətlərini iittiham edib, etirazçıların xarici qüvvələrə işlədiyini bildirib.  

O, xalqa qarşı sulah işlətmədiyini, amma üsyana son qoymaq üçün silah işlətməyə hazır olduğunu da deyib.

Qəddafi xatırladıb ki, Liviya qanunlarına görə, "xarici qüvvələrə işləyənlər ölüm hökmü ilə cəzalandırılır". 

O deyib ki, etirazçılar Liviyanı İslam dövlətinə çevirmək istəyirlər. 

Qəddafi hökumətə qarşı çıxanları "silahları təhvil verməyə" çağırıb.

Onun fikrincə, Liviya parçalanmaq təhlükəsi qarşısındadır.

Qəddafi əhalini etir ... Read more »
Views: 662 | Added by: SuckeR_PuncH | Date: 10.04.2011 | Comments (0)

Block title
Calendar
«  April 2011  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024