Wednesday, 15.05.2024, 10:23
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » April » 13 » dunya seysmoloqlari VYANADA bir araya gelib
22:53
dunya seysmoloqlari VYANADA bir araya gelib

Avstriyanın paytaxtı Vyana şəhərində 3-8 aprel tarixində Avropa Geofiziki Tədqiqatlar Cəmiyyətinin Baş Assambleyasının toplantısı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən ANS PRESS-əverilən məlumata görə, mərkəzin Baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli və Mərkəzin Makroseysmik tədqiqatlar şöbəsinin müdiri geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev tədbirdə iştirak ediblər. 

Dünyanın müxtəlif ölkələrindən 10 minə yaxın qonağın iştirak etdiyi toplantıda Yer elmləri üzrə aparılan tədqiqatlar, alınan yeni məlumatlar barədə şifahi və plakat afişa məruzələri dinlənilib, təqdimat və təhsil marketləri, müasir geofiziki avadanlıqların təqdimatı, yeni ədəbiyyatların nümayişi və satışı təşkil edilib.

Plakat afişa məruzəsində AMEA RSXM - dən Q.Yetirmişlinin, T.Məmmədlinin, E.Qaravəliyevin, FHN-dən A.Axundovun, Türkiyənin Kandilli Rəsədxanasının əməkdaşı G.Tanırcanın həmüəllif olduqları "Azərbaycan üçün seysmik təhlükəliliyin hesablanması" mövzusunda tədqiqat işi təqdim olunub. Tədbirdə AMEA RSXM-ın Baş direktoru Q.Yetirmişli aparılmış tədqiqatlardan alınmış nəticələrlə bağlı məruzə ilə çıxış edib. Çıxışı zamanı Q.Yetirmişli Azərbaycanda aparılan seysmoloji tədqiqatların səviyyəsindən və seysmik monitorinq üçün istifadə olunan "Kinemetrics” stansiyalarının tətbiqi və regionda ilk dəfə olaraq Azərbaycan tərəfindən Xəzər dənizində quraşdırılacaq seysmik stansiyalar haqqında geniş məlumat verib. Mərkəzin əməkdaşı E.Qaravəliyev isə Azərbaycan ərazisində hiss olunmuş güclü zəlzələlər, aparılmış makroseysmik tədqiqatlar haqqında məruzə ilə çıxış edib. 

Qeyd edək ki, keçirilən toplantı çərçivəsində aparılmış tədqiqatlar alimlər arasında xüsusi maraq doğurub, bir sıra xarici ölkələrin institutları ilə qarşılıqlı əlaqələrin yaradılması, birgə işlər aparılması istiqamətində razılaşmalar əldə olunub

Views: 585 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  April 2011  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024