Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452 - 2 may, 1519)
— Avropa İntibah dövrünün ensiklopedik alim, riyaziyyatçı, mühəndis,
ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya
İntibahının rəmzi sayılan "Universal İnsan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi.
O, Messer Pyero adlı hüquq məsləhətçisi və Katrina adlı sadə kəndli
qızının nigahdankənar övladı olaraq İtaliyanın Florensiya şəhərində
dünyaya göz açmışdır. Əlyazmalar elminin sirlərini Verokkiya adlı
alimdən öyrənən da Vinçi tezliklə bu sahədə müəllimini üstələyir.
Ömrünün ilkin illərində Florensiyada yaşayıb yaradan da Vinçi sonralar
ayrı-ayrı hökmdarların sarayalarında yaşayaraq möhtəşəm ixtiralar irəli
sürür. Lakin heç kimin onun bu ixtiralarını başa düşmədiyini anlayıb
bir müddət dərin məyusluğa qapılır. 1516-cl ildə Fransa kralı İ Françiskadan dəvət alır və Fransaya köçərək ömürünün sonun qədər burada yaşayıb yaradır.
"İntibah insan"ın prototipi kimi hamının yaxşı tanıdığı da Vinçinin
elmə olan sonsuz həvəsi və heyrətamiz ixtiraçılıq-yaradıcıliq istedadı
Avropa İntibahının əsas hərəkətverici qövvəsinə çevrilir. Bir qayda
olaraq bütün dövrlərin ən böyük rəssamı və çoxçeşidli qabiliyyətlərə
malik ən istedadlı şəxsiyyəti kimi qəbul olunur.
Da Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz Mona Liza
portreti və Sonuncu Şam əsəridir. Yalnız və yalnız Mikelancelonun
yaratdığı Adəmin Yaradılışı əsəri bu iki əsərə bərabər tutulur. Da
Vinçinin yaratdığı Vitruvian İnsan əsəri də bu kateqoriyalı rəsm
əsərlərinə daxil edilir.
Təəsüflər olsun ki, müasir günümüzə qədər dahi rəssamın yalnız 15
rəsm əsəri gəlib çıxmışdır. Lakin bu azsaylı rəsm əsərləri onun elmi
diaqramlar, cizgilər və rəssamlığın nəzəri əsaslarına aid fikrilərinin
əks olunduğu şəxsi əlyazmaları sonrakı nəsillər üçün misilsiz elmi
mənbə rolunu oynamışdır.
Mühəndis kimi isə o dövr insanlarının qavraya bilməyəcəyi, yalnız
bir neçə əsr sonra bəşəriyyətin tam yiyələnəcıyi, olduqca mürəkkəb
ixtiralar etmişdir. Onun vertolyot, tank, konsentrə edilmiş günəş
enerjisi, kalkulyator, ikikorpuslu gəmi və s. mürrəkkəb texnologiyaları
hələ XVİ əsrdə konsepyalaşdırması və Plitələrin Tektonikası haqqında
irəli sürdüyü ibtidai fikirlər onun sonsuz dühasından xəbər verir.
Adlarını sadaladığımız konsepsiyaların əksəriyyəti sağlığında nəinki
həyata keçirilmiş, hətta müasirləri tərəfindən qavranıla belə
bilinməmişdir.
Da Vinçi anatomiya, mühəndislik, optika və hidrodinamika elmlərini
də mükəmməl səviyyədə bilmiş və bu elmlərin inkişafına böyük töhfələr
vermişdir.
Deyilənə görə, rəssamın müsəlman anasının vətəni Cənubi Qafqaz
dağları və Xəzər dənizi arasında yerləşən Azərbaycandır. Bu barədə ötən
gün Kanadanın "National Library and Archives”-də Azərbaycan və Türkiyə
səfirliklərinin birgə təşkil etdikləri mühazirə zamanı məlumat verilib.
Da Vinçini tədqiqatı ilə məşğul olan tədqiqatçı Louis Buff Parry
mühazirə zamanı olduqca maraqlı faktların üstünü açıb. Onun sözlərinə
görə, rəssamın barmaq izi üzərində aparılan tədqiqat zamanı onun
anasının İtaliyaya qul kimi aparıldığı məlum olub.
Da Vinçinin anası "Katerina" adlı sadə kəndli qadın olub. Bu ad
həmin dövrdə Asiyadan gətirilən və Konstantinopolda (indiki İstanbul)
satılan qullara verilən ümumi ad olub. Atası Piero Fruosina isə
notariusda çalışıb. Onun valideynlərinin heç biri evli olmayıb.
Hazırda tədqiqatçılar onun anasının satış vərəqəsini axtarırlar,
çünki məhz bunun sayəsində qadının həqiqətən Şərqi Avropa və Qərbi
Asiyanı birləşdirən Azərbaycandan olduğu sübut ediləcək.
Parry mühazirdə "Leonardo Da Vinçi və onun anası Katerinanın Şərqi sirləri” başlıqlı olduqca mühüm materiallar təqdim edib.
Qeyd edək ki, Leanardo Da Vinçinin tədqiqatları hələ də davam etdirilir.[1]
|