Tuesday, 14.05.2024, 22:47
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » April » 1 » SUCKER_PUNCH
19:34
SUCKER_PUNCH
Söhbət 2 aprel mitinqi ilə bağlı olub

AXCP sədri Əli Kərimli dəvət olunduğu Bakı şəhər Baş Polis İdarəsində görüşünü başa vuraraq binanı tərk edib. Binanın qarşısında jurnalistlərə açıqlama verən Əli Kərimli bildirib ki, İdarədə onunla Bakı polisinin rəisi Rafiq Abbasov və şəhər prokuroru Əziz Seyidov görüşüb.
Onlar AXCP sədrinə bildiriblər ki, Bakı şəhər İcra Hakimiyyəti aprelin 2-də mitinqin şəhərin mərkəzində keçirilməsinə icazə verməyib, başqa yer təklif edib. Buna görə də müxalifət elan etdiyi Fəvvarələr meydanıənda mitinq keçirə bilməz.
AXCP sədri də onlara cavab verib ki, Konstitusiya onlara sərbəst toplaşmaq azadlığı var. Bunu Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar da təmin edir. Bakı şəhər İcra Hakimiyyətinin sərbəst toplaşmaqla bağlı qərar verməyə hüququ yoxdur. Onun verdiyi qərar qanuna ziddir. Buna görə də İctimai Palata aprelin 2-də təyin etdiyi yerdə mitinqini keçirəcək.
Polis rəisi və prokuror belə olan halda ictimai asayişin pozula biləcəyindən narahatlıqlarını diqqətə çatdırıblar. AXCP sədri isə əmin edib ki, mitinq iştirakçıları insidentə səbəb olacaq hər hansı hərəkətə və zorakılığa yol verməyəcəklər. Əli Kərimli diqqətə çatdırıb ki, mitinqin qətnaməsində də aksiyanın dinc xarakterli olcağı birmənalı şıkildə qeyd olunub. Əgər kənar qüvvələrin müdaxiləsi ilə insident yaradılmasa, aksiya dinc məcrasından çıxmayacaq. Hüquq mühafizə orqanlarının borcu isə məhz aksiyaya kənar müdaxilələrin qarşısını almaqdır.
AXCP sədri jurnalistlərə deyib ki, görüşdə polis rəisinə və prokurora mitinq öncəsi fəalların həbsi ilə bağlı narahatlığını çatdırıb. Onlar isə həbslərin mitinqlə əlaqəsini inkar ediblər.
Qeyd edək ki, Əli Kərimlinin BŞBPİ-yə dəvət olunması ilə əlaqədar İdarənin qarşısına çoxlu sayda jurnalistlərlə yanaşı ATƏT-in, Avropa Birliyinin və Britaniya səfirliyinin nümayəndələri də gediblər.

Views: 559 | Added by: SuckeR_PuncH | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Block title
Calendar
«  April 2011  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024