Thursday, 21.11.2024, 12:13
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » 2011 » June » 04
ƏHMƏD ƏHMƏDZADƏYƏ "ƏMƏKDAR MÜHƏNDİS” FƏXRİ ADI VERİLDİ
Ə.C.Əhmədzadəyə "Əməkdar Mühəndis” fəxri adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə Əhməd Cuma oğlu Əhmədzadəyə "Əməkdar Mühəndis” fəxri adı verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyun 2011-ci il. 
Views: 562 | Added by: SuckeR_PuncH | Date: 04.06.2011 | Comments (0)

"FACEBOOK"DAN AD GÜNÜ DƏVƏTİ İZDİHAMLA NƏTİCƏLƏNDİ
Almaniyada yeniyetmənin öz 15 yaş partisinə dəvətə 1600 adam toplaşıb

Almaniyanın Hamburq şəhərində evlərdən biri qonaq axınına məruz qalıb. Buna səbəb ev sahibi 15 yaşlı qızın "Facebook" sosial şəbəkəsində öz ad gününə "hamını dəvət etməsi" olub. 1600 nəfərə yaxın adam ad günü qeyd edən yeniyetmənin evi önünə toplaşıb.

Minlərlə adamı təşrif buyuracağı ehtimalı yarandığından, yeniyetmə "Facebook" səhifəsində ad gününün qarşısından "ictimai tədbir" sözünü götürməli olub. Polis yeniyetmənin evini mühafizə etməli olub. 6 nəfər həbs olunub. 
Views: 540 | Added by: SuckeR_PuncH | Date: 04.06.2011 | Comments (0)

YUMURTA ALARKƏN NƏLƏRƏ DİQQƏT ETMƏLİ?
Keyfiyyətli yumurtanın qabığı təmiz, ləkəsiz və zədələnməmiş olmalıdır

Yumurta alarkən ehtiyatlı olmaq lazımdır. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vətəndaşları xəbərdarlıq edir ki, keyfiyyətsiz yumurtadan zəhərlənmə ilə yanaşı müxtəlif xəstəliklər yarana bilər. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yumurta mağazaya qəbul edilərkən onun baytar həkimi tərəfindən yoxlanılması ilə bağlı sənədləri və sertifikatı tələb olunmalıdır.

Belə ki, kənd yumurtası adı altında satılan, fərdi təsərrüfatlarda toyuq o qədər də çox olmadığından yumurta günlərlə yığılır və lazımı temperaturda saxlanılmadıqda keyfiyyətini itirir.

Yumurta qidalılıq dəyərinə görə yüksək keyfiyyətli və orqanizmdə 97-98% mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində tam dəyərli zulallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr var. Yumurta maddələr mubadiləsin ... Read more »
Views: 465 | Added by: SuckeR_PuncH | Date: 04.06.2011 | Comments (0)

Block title
Calendar
«  June 2011  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024