Türkiyə prezidenti Abdulla Gül iyulun 1-də Avropa Birliyinə sədrliyi təhvil alacaq Polşaya rəsmi səfərə gedəcək.
Polşa prezidenti Bronislav Komorovskinin dəvəti ilə həyata keçiriləcək səfər iki gün davam edəcək.
Gül səfər əsnasında parlament sədri Qrzeqorz Sçetnya, baş nazir Donald Tusk, Senat rəhbəri Boqdan Boruseviçlə görüşəcək.
Görüşlərdə ikitərəfli əlaqələr və
əməkdaşlıq məsələləri ilə yanaşı, Türkiyənin Avrupa Birliyinə üzvlük
prosesi və bölgədə yaşanan son proseslər başda olmaqla iki ölkəni
maraqlarından regional və beynəlxalq mövzular müzakirə ediləcək.
Prezident Gül Polşa səfəri
çərçivəsində Natolin Avropa Kollecində "Avropanın Gələcəyinə Dair
Türkiyənin Dünyagörüşü" mövzusunda konfrans verəcək.
Türkiyədən Polşaya prezident
səviyyəsində yeddi illik fasilədən sonra həyata keçiriləcək bu səfərin
iki müttəfiq arasındakı mövzud əlaqələrin daha da gücləndirilməsi
baxımından əhəmiyyət daşıdığı bildirilir.