Tuesday, 14.05.2024, 06:16
Welcome Guest | RSS

Are You FREE?

Site menu
Chat
Login form
Block title
Block title
Block title
Block title
Block title

Main » Entries archive

                                                                                 CEVAPLAR

C-1- Bir, çünkü yanlızca olayı anlatan Topkapı ya gidiyor. 
C-2- Adam önce piliçi karşı kıyıya taşır, geri gelir,tilkiyi alır karşı kıyıya bırakır piliçi yanına alır,piliçi bırakır, sonra yanına mısır çuvalını alır piliçi bırakır, karşı kıyıya mısır çuvalını bırakır, sonra da gidip piliçi alır ve geri döner. 
C-3- Yanlışlık hesapta yapılan yönlendirmeden kaynaklanıyor yani belboy a verilen 2 lira aslında 27 liranın içindedir, adamlarımız 3 lira daha alınca toplam 30 lira olmaktadır 
C-4- 1. Ve 2. Adam geçer =2 dak 
1.Adam geri döner ... Read more »

Views: 705 | Added by: SuckeR_PuncH | Date: 15.04.2011 | Comments (0)

Fələstin silahlıları İsrail ərazisinə iki raket atıb. Məlumatı yerli hüquq-mühafizə orqanları yayıb. Onların məlumatına görə, zərbələr ölkənin cənubundakı Aşdod və Aşkelon şəhərlərinə buraxılıb. Atəş nəticəsində xəsarət alan olmayıb. Dağıntı barədə də məlumat yoxdur. 

Qeyd edək ki, Fələstin silahlılarının endirdiyi son zərbə ötən həftə İsrail ilə Qəzza sektoruna nəzarət edən HƏMAS arasında əldə olunmuş qeyri-rəsmi atəşkəs razılığından sonra ilk hücumdur

Views: 526 | Added by: SuckeR_PuncH | Date: 15.04.2011 | Comments (0)

Yəmən prezidenti Əli Abdulla Saleh Fars Körfəzi ölkələrinin hakimiyyəti vitse-prezidentə təhvil verməklə bağlı təklifini qəbul edib. Yəmən prezidentinin mətbuat xidməti bu barədə məlumat yayıb. 

Fars Körfəzi Ölkələri Şurası həmçinin müxalifət nümayəndəsinin sədrliyi ilə milli birlik hökumətinin formalaşdırılmasını təklif edib. Səudiyyə Ərəbistanının xarici işlər nazirliyi isə Yəməndəki bütün fraksiyaların nümayəndələrini yeni hökumətin formalaşdırılmasına dair danışıqlara çağırıb.

Anti-hökumət nümayişçiləri isə planı rədd ediblər. «Rejim və müxalifət arasında danışıqlarla razılaşdırılmış hər hansı həll yolu bizi maraqlandırmır. Bu, bizim mövcud rejim və onun nümayəndələrinin istefası ilə bağlı əsas tələbimizə cavab vermir.» -«Gənclər Dəyişiklik Naminə» koalisiyasının fəalları bunu bəyan edib.

Minlərlə rejim əleyhdarı isə bu gün yenidən Səna Universiteti yaxınlığında etiraz aksiyası keçirib. Onlar prezidentin istefası və onun məhkəməyə çıxarılmasına çağıran şüarlar ... Read more »
Views: 548 | Added by: SuckeR_PuncH | Date: 14.04.2011 | Comments (0)

Bu gün Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində Amerika təhsil yarmarkası keçirilib. Universitetin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarmarka ABŞ Təhsil Qrupu və Bakı Təhsil Məlumat Mərkəzinin (BTMM) təşkilatçılığı ilə baş tutub. Yarmarkada ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson, Amerika və Azərbaycan universitetlərini bitirən müxtəlif universitetlərin məzunları, o cümlədən tələbələr iştirak edib.

Yarmarkada təmsil olunan universitetlərin nümayəndələri qonaqlara ABŞ-da təhsil imkanları barədə ətraflı məlumat verilib. Təhsil yarmarkasında ABŞ-da təhsil almaq istəyən gənclər müxtəlif universitetlərin fəaliyyətini əks etdirən buklet və materiallarla tanış olublar.

Qeyd edək ki, sərgidə ABŞ-ın 9 ali təhsil ocağı, o cümlədən San-Dieqo, Kaliforniya-San Dieqo, Kolorado-Bulder universitetləri təmsil olunub.

mene kimse basa sala biler tehsil yarmarkasi nedii???))) ... Read more »

Views: 538 | Added by: SuckeR_PuncH | Date: 13.04.2011 | Comments (0)

Avstriyanın paytaxtı Vyana şəhərində 3-8 aprel tarixində Avropa Geofiziki Tədqiqatlar Cəmiyyətinin Baş Assambleyasının toplantısı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətindən ANS PRESS-əverilən məlumata görə, mərkəzin Baş direktoru, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli və Mərkəzin Makroseysmik tədqiqatlar şöbəsinin müdiri geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev tədbirdə iştirak ediblər. 

Dünyanın müxtəlif ölkələrindən 10 minə yaxın qonağın iştirak etdiyi toplantıda Yer elmləri üzrə aparılan tədqiqatlar, alınan yeni məlumatlar barədə şifahi və plakat afişa məruzələri dinlənilib, təqdimat və təhsil marketləri, müasir geofiziki avadanlıqların təqdimatı, yeni ədəbiyyatların nümayişi və satışı təşkil edilib.

Plakat afişa məruzəsində AMEA RSXM - dən Q.Yetirmişlinin, T.Məmmədlinin, E.Qaravəliyevin, FHN-dən A.Axundovun, Türkiyənin Kandilli Rəsədxanasının əməkd ... Read more »

Views: 584 | Added by: SuckeR_PuncH | Date: 13.04.2011 | Comments (0)

azerbaycani ten yaridan bolen eni 2 metr olan cat ne ile elaqederdir ... alimler bunun sade seysmik hadise oldugunu deyir 

hami qorxu icinde geleceyi gozleyir .

Views: 535 | Added by: SuckeR_PuncH | Date: 13.04.2011 | Comments (0)

Bakının Səbail rayonunda kişi meyiti tapılıb. Rayon Polis İdarəsinin 39-cu polis bölməsindən we-are-free.do.am-ə verilən məlumata görə, meyit bu gün saat 11.45 radələrində Fikrət Əmirov küçəsi 2 ünvanında aşkarlanıb. 

Hadisə yerinə polis bölməsinin və prokurorluğun əməkdaşları gedərək, ilkin yoxlamalara başlayıblar. 

Mərhumun ölüm səbəbi aparılan xarici və daxili müayinələrdən sonra müəyyənləşəcək. 

Views: 622 | Added by: SuckeR_PuncH | Date: 13.04.2011 | Comments (0)

Fransada çadra geyiminə görə artıq ilk cərimə kəsilib. ANS PRESS-in Qərb kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Paris yaxınlığında polis tərəfindən 27 yaşlı qadın çadra geyindiyinə görə cərimələnib. Cərimənin məbləği 150 avro və ya 216 dollar təşkil edir. Cərimə olunan şəxs ya cəriməni ödəməli və ya vətəndaşlıq üzrə bir ay ərzində kurs keçməlidir. 

Qeyd edək ki, Fransa ilk Avropa ölkəsidir ki, çadra, hicab və bu kimi İslam qadınına məxsus geyimlərə görə cərimə tətbiq edir. 

Yeni qanun polisə küçədə fransalı və ya başqa millətdən olan qadını üzü bağlı geyimdə aşkar etdiyi təqdirdə, cərimələmək hüquq verir. Qadını bu geyimdən istifadə etməyə məcbur edən şəxsləri isə 30 min avro cərimə və ya 2 il həbs cəzası gözləyir.

Views: 612 | Added by: SuckeR_PuncH | Date: 13.04.2011 | Comments (0)

Liviya lideri Müəmmər Qəddafi müxalifət nümayəndələrinə atəşkəs və sülh üçün öz şərtlərini təqdim edib. Ərəb mətbuatının yazdığına görə, keçid dövrü milli şurası Qəddafinin 3 əsas şərtinin olduğu barədə məlumat verir. Müəmmər Qəddafi əsasən, şərəflə istefaya göndərilməsini, hər hansı bir simvolik posta təyin edilməsini və hakimiyyətin oğlu Seyf əl-İslama təhvil verilməsinin tələb edir.

Ərəb mətbuatının yazdığına görə, keçid dövrü hökuməti Seyf əl-İslamla kompromis əldə etməyin, Qəddafinin özü ilə danışıqlar aparmaqdan asan olacağını düşünür. 


Views: 530 | Added by: SuckeR_PuncH | Date: 13.04.2011 | Comments (0)

Uzadılmış münaqişələrin həlli ATƏT üçün mühüm əhəmiyyət kəsb edir. Bu münaqişələrin həll olunması üçün səylər təşkilatın və onun 56 iştirakçı ölkəsinin birliyi üçün həlledici əhəmiyyətə malikdir. ANS PRESS-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri ATƏT sədri, Litva prezidenti Dalia Qribauskayte ATƏT-in Daimi Şurasında çıxışı zamanı deyib.

O bildirib ki, ATƏT sədri kimi gələn ay Cənubi Qafqaza səfərindən etimad tədbirlərinin gücləndirilməsi və tərəfləri belə tədbirlərə çağırmaq üçün istifadə edəcək.

Qribauskaytenin sözlərinə görə, bütün tərəflər Cənubi Qafqazda etimadın möhkəmləndirilməsi ruhunda irəliləməlidir: "Kiçik addımlar nizamlanmamış məsələlərin həllini axtardığımız zaman böyük təsirə malik ola bilər".

D. Qribauskayte uzadılmış münaqişələrin həllində, kibercinayətkarlıq və terrorizmlə mübarizədə dialoq və əməkdaşlığın rolunu xüsusi qeyd edib: "Birgə fəaliyyət və həll yollarının birgə tapılması çox vacibdir. Əgər birlikdə çalışsaq, ... Read more »
Views: 510 | Added by: SuckeR_PuncH | Date: 13.04.2011 | Comments (0)

« 1 2 ... 10 11 12 13 14 »
Block title
Calendar
«  May 2024  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Our poll
Rate my site
Total of answers: 267
Statistics

Total online: 1
Guests: 1
Users: 0

Copyright MyCorp © 2024