Ağ
ev və ABŞ Dövlət Departamenti də Suriya hökumətinə təziqlər göstərmək
üçün bu ölkəyə qarşı əlavə sanksiyaların tətbiq edilməsi ilə bağlı
jurnalistələrə məlumat veriblər. "Biz qəbul edilməz hərəktləri
qınayırıq. Açıq aydın bildirmişik ki,Suriya hadisələri onu sübut edir
ki,ölkə əvvəlki status-kvoya qayıda bilməz. Suriyanın gələcəyi ancaq öz
xalqının iradəsinə cavab verən hökumətlə təmin edilə bilinər. Suriya
hökuməti üçün öz xalqına qarşı repressiyalar həyata keçirmək
pəncərələri daralır. Hökumət xalqın qanuni tələbələrinə cavab
verməlidir. Biz əlarə tədbirlər görməyə hazırlaşırıq. Suriyaya qarşı
artıq təbiq edilən ölçüləri təbiq etməyə davam edirik".
Dövlət Departamenti sözcüsü Mark Toner isə Suriya hökumətinin hazırki
fəaliyyətinin yolverilməz olduğunu və zorakılığı dayandırılmalı
olduğunu deyib. O, Suriya hökumətinin islahatlar keçirməyə çox söz
verməsinə baxmayaraq, az şeylər etdiklərini deyib.
Bu arada Deraa əyalətində təhlükəsizliyin təmin edilmsi zamanı 8 təhlükəsizlik qüvvəsi əməkdaşı həlak olub.