ABŞ
hər il keçirilən "Green Card" lotereyasının builki nəticələrini ləğv
edib. Bu lotereya vasitəsilə dünyanın müxtəlif ölkələrindən 22 min
insan hər il ABŞ-da yaşamaq hüququ əldə edirdi.
Amerikalı məmurların dediklərinə görə, lotereyanın kompyuter sistemində xətalar yaranıb.
Bu il 50 milyon insanın qatıldığı lotereya yenidən keçiriləcək, nəticələr isə iyunda açıqlanacaq.
ABŞ Dövlət Departamenti baş verənlərlə bağlı üzr istəyib.