Şimali Qafqaz silahlılarının lideri Doku Umarov Dağıstanda fəaliyyət göstərən gizli qruplaşmaya yeni rəhbər təyin edib
Rusiya mətbuatının istinadən verdiyi məlumata görə, bu, İbrahimxəlil Daudovdur (Əmir Saleh).
İndiyədək Daudov «Dağıstan cəbhəsinin mərkəzi sektoru»na rəhbərlik
edib. İndi o, federal qüvvələr tərəfindən məhv edilmiş İsrafil
Vəlicanovu (Əmir Həsən) əvəzləyəcək.
Liviyada «Birləşmiş müdafiəçi» əməliyyatında iştirak edən NATO ölkələrinin təyyarələri dünən 159 uçuş həyata keçiriblər
Bu uçuşlar zamanı hərbi sursatla dolu 32 anbar, 5 raket buraxılış qurğusu məhv edilib.
Ümumilikdə əməliyyata NATO rəhbərlik etməyə başlayandan, yəni martın
31-dən Alyansın qüvvələri 5 min 822 uçuş həyata keçiriblər. Bunlardan 2
min 326-sı döyüş uçuşu olub.
Pakistan hökumət onun evinin ziyarətgaha çevrilə biləcəyindən ehtiyat edir
Pakistan
hökuməti Amerika Birləşmiş Ştatlarının bir nömrəli terrorçu elan etdiyi
Üsamə bin Ladenin Abodabadda öldürüldüyü evi uçurmağa hazırlaşır.
Pakistan mətbuatının yaydığı məlumata görə, hökumət bu addımı atmaqla
"Əl Qaidə” liderinin evinin ziyarətgaha çevrilməsinin və gələcəkdə onun
müqəddəs məkana dönməsinin qarşısını almaq istəyir.