«TSN»ə istinadən verdiyi məlumata görə, ən çox qar daha çox əhalinin yaşadığı Yeni Cənubi Uels ştatına yağıb. Şosselərin bir hissəsi nəqliyyatın üzünə tam bağlanıb. Əhali vacib olmayan səfərlərdən imtinaya çağırılıb. Meteoroloqlar bildirir ki, bu ay Avstraliyanın son 9 illik tarixində ən soyuq may sayılır.