Ermənistan
ilkin olaraq 2012-ci ildə Bakıda keçiriləcək "Eurovision-2012”
yarışmasından imtina edib. Yarışmanın saytının məlumatına görə, Bakıda
keçiriləcək yarışmada iştirakını artıq Avstriya, Belçika, Almaniya,
Niderland, Finlandiya, İsveçrə təsdiq ediblər.
Ermənistan isə 2011-ci il
yarışmasında onlara qarşı bəlli olmayan ədalətsizliyi bəhanə gətirərək
Bakıda yarışdan ilkin olaraq imtina ediblər. Qeyd edək ki, bu ilkin
qərardır və Ermənistanın qərarı dəyişmək üçün kifayət qədər vaxtı var.