O, Fransada prezident seçkilərində əsas namizədlərdən sayılır
Beynəlxalq
valyuta fondunun rəhbəri Dominik Stross-Kan həbs edilib. Nyu-Yorkda
otel qulluqçusuna qarşi seksual hərəkətlərdə ittiham olunur. O, "Tayms
Skver" otelində Parisə yola düşməzdən az əvvəl saxlanılıb və polis
məntəqəsinə aparılıb. 2007-ci ildən bu quruma sədrlik edən 64 yaşlı
dominik Stross-Kan bundan əvvəl Fransada sənaye, iqtsadiyyat, maliyyə
nazirləri vəzifələrində çalişib. O, Fransada 2012-ci il prezident
seçkilərində əsas namizədlərdən biri sayılır.