|
Main » 2011 » May » 11 » israil bayram edir
|
srail bu gün Müstəqillik Gününü qeyd edir. Ölkənin müstəqillik əldə
etməsinin 63-cü ildönümü müxtəlif tədbirlərlə qeyd olunur. İsrail
liderləri bir qrup hərbçi ilə bir araya gələrək müharibəyə dair
xatirələr yad edib, mahnılar oxuyublar. Qüdsdə verilən ənənəvi
Müstəqillik Günü naharı zamanı ölkə prezidenti Şimon Peres "HƏMAS"
qruplaşması tərəfindən 2006-cı ildən əsirlikdə saxlanılan yəhudi əsgəri
Gilad Şalitin tezliklə azad ediləcəyinə ümid etdiyini bildirib. Şimon
Peres həmçinin 1948-ci ildə İsrailin müstəqillik əldə etməsindən
danışıb.
Baş nazir Benyamin Netayahu isə İsrail ordusunu mədh edərək onu beynəlxalq terrorla mübarizədə nümunəvi model adlandırıb.
İsraildə Müstəqillik Günü təntənəli şəkildə qeyd edildiyi bir vaxtda,
Fələstin eyni münasibətlə bir həftə sonra 1 günlük matəm edəcək.
1948-ci il mayın 14-də Britaniyanın Fələstin üzərində mandatının başa
çatması ilə iki illik müharbə başlayıb. Fələstinlilər müstəqil İsrail
dövlətinin yaradılması ilə yüz minlərlə fələstinlinin qaçqın olması və
bu gün də davam edən Yaxın Şərq münaqişəsinin əsasının qoyulması ilə
əlaqədar yəhudi dövlətinin yaradılmasını "əl-Naqba", yəni "fəlakət"
adlandırır və yas tuturlar.
|
Views: 1011 |
Added by: SuckeR_PuncH
| Rating: 0.0/0 |
|
Our poll
Statistics
Total online: 2 Guests: 2 Users: 0
|
| | |