Meksika
Mərkəzi Bankı gözlənilmədən fevral və mart ayları ərzində 100 ton qızıl
satın alıb. Bu bir mərkəz bankının son 10 ildə iki ay ərzində həyata
keçirdiyi ən böyük satınalma prosesidir. Meksika Mərkəzi Bankının aylıq
hesabatında yer alan bu satınalma dolların hakimiyyətindən xilas olmaq
üçün atılan sonuncu addım kimi qiymətləndirilir. Belə ki, inkişaf
etməkdə olan ölkələr maliyyə ehtiyatlarının çeşidini artırmaq və
dolların təsirini azaltmaq üçün qızıl almağa üstünlük verirlər. Məlumat
üçün onu da qeyd edək ki, Çin, Rusiya və Hindistan son illər ərzində
böyük həcmdə qızıl satın alan ölkələr sırasında yer alıblar. Tailand,
Şri-Lanka və Boliviyanın isə daha az miqdarda qızıl əldə etdiyi
bildirilir. Həyata keçirilən irihəcmli qızıl alış-verişi qızılın 1
unsiyasının qiymətinin ötən il və bu il rekord səviyyəyə yüksəlməsinə
gətirib çıxarıb. Xatırladaq ki, bu həftənin bazar ertəsi günü dünya
bazarında qızılın bir unsiyasının qiyməti 1576 dolları ötərək tarixi
maksimuma çatıb.