Pendir
bədəni yağlarla, amin turşuları və zülallarla zənginləşdirir. Zülallar
gücün bərpasına kömək edir, amin turşuları maddələr mübadiləsini
normallaşdırır, hüceyrələri bərpa edir. Pendir əhvalı yüksəldir, enerji
verir.
Sağalma
dövründə vitamin və bəsləyici maddələr qəbul etmək olduqca vacibdir.
Müxtəlif növ pendirlərdə külli miqdarda A, E, B2, PP, C vitaminləri
vardır. A vitamini yoluxucu xəstəliklərə qarşı mübarizə aparır. O,
selikli qişaların maneə funksiyasını artırır, immuniteti
möhkəmləndirir.
Hüceyrələrin
metabolizmində böyük əhəmiyyəti olan E vitamini hemoqlobinin sintezində
iştirak edir, trombların əmələ gəlməsinin, dəridə yaraların sağalmasına
kömək edir, hüceyrə tənəffüsündə iştirak edir, orqanizmin dözümlülüyünü
artırır. B2 vitamini maddələr mübadiləsinə böyük təsir göstərir.
Qidadan
enerji almağa kömək edir. C vitamini immuniteti artırır, qara ciyərin
fəaliyyətini tənzimləyir, digər vitaminlərin parçalanmasının qarşısını
alır. Nikotin turşusu (PP vitamini) qan dövranını
yaxşılaşdırır./azərtac/