Ömürlük
həbs cəzası çəkən separatçı Kürd Fəhlə Partiyasının (PKK) lideri
Abdulla Öcalan Türkiyə hökumətinə müharibə elan edib. Separatçılara
yaxın internet portalının birininin verdiyi məlumata görə, A.Öcalan
iyunun 12-də Türkiyədə keçiriləcək parlament seçkilərindən sonra kürd
probleminin həllini tapmayacağı halda böyük müharibənin olacağını iddia
edib. O bildirib ki, iyunun 15-dən sonra kürd probleminin həlli ya
böyük razılıqla, yaxud da ki, böyük müharibə ilə bitməlidir. "Əgər
böyük müharibə baş qaldırsa, hazırki hökumət 3 ay belə davam gətirə
bilməyəcək”, - deyə o qeyd edib.
Öcalanın bu bəyanatı vəkilləri ilə keçirilən görüşdə razılaşdırıldıqdan sonra mətbuatda dərc olunub.
"Böyük savaş həm kəndlərdə, həm şəhərlərdə baş qaldıra bilər və bunun
nəticələri olduqca acı olacaq. Mən artıq demişdim ki, bu böyük savaş
küçələrdə, şəhərlərdə genişlənəcək və böyük bir vətəndaş müharibəsinə
çevrilə bilər. Təkrar edirəm, əgər vətəndaş müharibəsi başlayarsa, bu
nəinki kürdlərə, hər kəsə aid ediləcək”, - deyə Öcalan hədə-qorxu
gəlib.