Qalib 28 yaşlı gənc sahibkar Elxan Köçərlidir.
Bu gün "Porsche Cayenne” Bakı Mərkəzində keçirilən mərasimdə qalibə
yeni avtomobilin rəmzi açarları təqdim olunub. "Bakcell”in baş icraçı
direktoru Riçard Şirer kampaniyanın tamamilə şəffaf keçirildiyini
bildirib: "Belə kampaniyaların şəffaf keçirilməsi üçün bütün tədbirlər
görülüb”. R.Şirer belə kampaniyaların davam etdiriləcəyini istisna
etməyib.
"Porsche Cayenne” almaq üçün pul topladığını deyən E.Köçərli bildirib
ki, «Bakcell»in bu kampaniyasında da bəxtini sınamağı qərara alıb və
qalib olub.
Qeyd edək ki, «70 gün ərzində bir «Porsche Cayenne» və 79 min manat
qazan!» kampaniyası 2011-ci il fevralın 1-dən aprelin 11-dək keçirilib.
SMS viktorinada iştirak etmək üçün "Bakcell” abunəçiləri 333 qısa
nömrəsindən göndərilən qısa SMS suala cavab verməklə gündəlik və
həftəlik hədiyyələr qazanmaq imkanı əldə edirlər. Şirkətdən verilən
məlumata görə, bu kampaniya çərçivəsində 59 iştirakçı gündəlik 1000
manat, 10 iştirakçı isə (kampaniyanın keçirildiyi 10 həftə ərzində hər
həftənin qalibi) 2 min manat qazanıb. Kampaniyanın qalibləri Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş Tiraj
Komissiyasının iştirakı ilə elektron püşkatma vasitəsilə seçilib.
Gündəlik, həftəlik və əsas mükafat olan «Porsche Cayenne»dən başqa,
iştirakçılar lotereyada laptop, İ-Phone və 100 manat məbləğində əlavə
uduşlara sahib olub. Bütün qaliblər elektron püşkatma sistemi ilə
seçilib.