|
Main » 2011 » May » 11 » qeddafi yene gundemde
10:25 qeddafi yene gundemde |
NATO-nun
hava zərbələrinin hədəfi heç də Müəmmər Qəddafi deyil. Alyansın
Liviyadakı mandatı mülki vətəndaşların qorunmasından ibarətdir və bu
tapşırığın öhdəsindən gəlmək üçün aviazərbələr ayrı-ayrı fiziki
şəxslərə deyil, hərbi obyektlərə endirilir. Belə bəyanatla italiyalı
briqada generalı Klaudio Qabellini NATO birləşmiş komandalığının
Neapoldakı mənzil qərərgahında keçirdiyi mətbuat konfransında çıxış
edib. General xüsusilə "Əl-Cəzirə” televiziya kanalının NATO
qüvvələrinin Liviya liderinin iqamətgahının yerləşdiyi Tripolinin
Bab-əl-Əziziyə məhəlləsinə zərbələr endirməsi ilə bağlı məlumatını şərh
edib. Qeyd edək ki, reportajda adıçəkilən ərazidə 5 güclü partlayış baş
verdiyi barədə məlumat gedib. İtaliyalı general həmin ərazidə mülki
əhaliyə edilən hücumların koordinasiyası üçün istifadə edilən
komandanlıq bunkerinin məhv edildiyini bildirib.
"Liviyada NATO-un hədəfi yalnız hərbi obyektlərdir, yəni bizim zərbə
endirdiyimiz hədəflərdir. Və ötən gecə Tripolidə də belə oldu. Biz
Qəddafi ordusunun komandanlıq bunkerini dağıtdıq. Və yenə demək
istəyirəm ki, fakt odur ki, NATO-nun hədəfi fərdlər deyil, bu bizim
mandatımız deyil. Bizim mandatımız mülki əhalini Qəddafi qüvvələrinin
hücumları və ya hücum qorxusundan qorumaqdır", - deyə NATO-nun sözcüsü
bildirib.
Bundan savayı Qabellini ötən alyansın gün aviazərbələri nəticəsində
Tripolidə uşaq bağçasının dağıdılması ilə bağlı məlumatı təkzib edib.
|
Views: 688 |
Added by: SuckeR_PuncH
| Rating: 0.0/0 |
|
Our poll
Statistics
Total online: 1 Guests: 1 Users: 0
|
| | |