BBC-yə
istinadən bildirir ki, hakim "Vahid Rusiya" partiyası və Vladimir
Putinin "Ümumrusiya xalq cəbhəsi" təşəbbüsünə qoşulan ictimai qurumlar
müəyyən vahid xartiyanı yaxud memorandumu müzakirə etməlidirlər.
Xalq cəbhəsi təşəbbüsünü Vladimir Putin bugünlərdə səsləndirib. O
bildirib ki, bütün siyasi strukturlar öz təklif və fikirlərini ifadə
etməkdə bərabər hüquqlara malik omalıdırlar və onların nümayəndələri
parlamentə "Vahid Rusiya"nın siyahısıyla keçə bilərlər.
Müşahidəçilərə görə, hakim partiyanın başçısı olan baş nazir bu ilin
sonunda keçirilməsi Duma seçkilərinə daha çeşidli siyasi fiqurları
təqdim etmək istəyir. Bu da, rəylərə görə, ancaq "Vahid Rusiya"
partiyasının verdiyi nəticədən daha yaxşı nəticələr verə bilər. Rəylərə
görə, indi seçkilər ərəfəsində elektoratın ölkənin sorğulara görə, hələ
də ən populyar siyasətçisi qalan Vladimir Putin fiquru ətrafında
birləşdirmək cəhdi edilir. Özüdə lazımı nəticə üçün daha geniş spektr
götürülür, beləki, Vladimir Putinin fərdi reytinqi həmişə hakim
partiyanın reytinqindən yüksək olub. Son 6 ayda, sorğulara görə, hakim
partiyaya etimad 50 faizdən 43 faizə düşüb. Vladimir Putinə fərdi
etimad səviyyəsi bir qədər düşsə də 50 faizdən yuxarı qalır.
Duma seçkilərindən isə, müşahidəçilərə görə, çox şey asılıdır. Məhz
hakim partiyanın hansı nəticə göstərməsi Vladimir Putinin prezident
seçkilərinə gedib getməməsini həll edə bilər. Parlamernt seçkilərində
yüksək nəticələr, rəylərə görə, baş naziri yenidən prezident kürsüsünə
yiyələnməyə həvəsləndirə bilər.